BREND

Metaverse səviyyəsini
yüksəldən vizyonerlərlə
tanış olun

web3 və NFT incəsənətinin gələcəyini inşa edən yaradıcılar və təsisçilər ilə pərdə arxasına keçin.

Bir qrup NFT incəsənəti və metaverse yaradıcıları səhnədə çıxış edir Bir qrup NFT incəsənəti və metaverse yaradıcıları səhnədə çıxış edir

Bəzən kripto cüzdan ilə real tanışlıq daha yaxşıdır. Sadəcə avatar olaraq birgə keçirilən uzun zaman fasiləsindən sonra web3 icması blokçeyni müzakirə etmək, gözəl incəsənəti seyr etmək və sosial bacarıqlarının üzərindəki tozu silmək üçün IRL-i NFT.NYC həftəsində Samsung 837/NEXT-ə topladı. Biz metaversenin istənilən bucağından olan spiker və texnologiya yenilikçilərini Nyu Yorkun Meatpacking District-in mərkəzinə - flaqman məkanımız olan 837 Washington Street-ə dəvət etdik. İlk dəfə görüşən bu müxtəlif NFT sənətçiləri, CEO-lar və vizyonerlər qrupu bizə metaverse ilə gələcəyi necə formalaşdırdıqlarını nümayiş etdirdilər. Biz bax bunları öyrəndik.

Metaverse-dən multiverse-ə

Söhbətə başlamaq üçün biz Samsung-un web3 cəmiyyətində səs-küyə səbəb olan orijinal metaverse macərasına baş vurduq: Decentralandda 837X. Mifik əjdahalar. Qanadlı geyilə bilən cihazlar. Rəqəmsal rəqs partiləri. Layihənin arxasında duran beyinlər Samsung 837 təcrübəsini daha geniş dünyaya çatdırmaq üçün daha davamlı Poliqon blokçeynindən necə istifadə etdiklərini və bundan sonra nə olacağını müzakirə etdilər. "Harada olursunuzsa olun, bu markanın möcüzəsini yaşaya bilərsiniz." deyə Samsung Electronics America-nın CMO-su Mişel Krossan-Matos bəyan edib. "Birlikdə biz innovasiyanın növbəti mərhələsinə başlayırıq."

Samsung, metaverse-mizi platformalar arasında icma qurmağa imkan verən multiverse-ə çevirir - Charli XCX özəllikli Samsung Superstar Galaxy Roblox-da canlı performanslar və virtual {2} telefonlardan başlayaraq öz şəxsi Discord serverimizin işə salınmasınadək. 837/NEXT üçün açıq mənbəli generativ sənət layihəsi olan Nouns ilə əməkdaşlıq edərək birgə sənət təcrübəsi sayəsində səviyyəni yükəsltdik. 837X, Discord və 837 IRL-in ziyarətçiləri öz Noun avatarlarını fərdiləşdirə, daha sonra onu məşhurlaşan koreyalı rəssam So Youn Lee-nin nəhəng qarışıq reallıq sənət əsərinə əlavə edə bilərlər. Nəticədə, icmamızı təmsil edən gözəl NFT multiverse mozaikasını yaratmaq üçün 40.000-dən çox Noun əlavə edildi. Ancaq bu cür macəralar hələ sadəcə başlanğıcdır. Samsung bizə daha bağlantılı və fərdiləşdirilə bilən gələcəyə nəzər salmaq üçün yaradıcı və təsisçilərin növbəti nəslini bir araya gətirdi.

The Fabricant ilə öz rəqəmsal "mən"inizi ifadə edin

The Fabricant (@thefabricant) metaverse-ə daha gözəl stil bəxş edən rəqəmsal moda evidir. Yüksək dəb brendləri üçün dizayn təqdim etməklə yanaşı, onlar hər kəsin öz NFT geyimlərini tikə və hətta bazarda sata biləcəkləri birgə yaradıcılıq platforması təqdim edir. Təsisçilər Adriana Hoppenbrouwer və Amber Jae Slooten hesab edir ki, insanlar metaverse-də fərqlənməyə çalışdıqca onların virtual geyim biznesləri daha aktuallaşır. ""Bu virtual məkana qoşulduqda özünüzü olduğunuz kimi hiss etməyiniz vacibdir"" deyə Hoppenbrouwer 837/NEXT panelindəki çıxışndan sonra səhnə arxasında bəyan edir. “Metaverse-ə girəndə və özümə uyğun geyilən bilənləri tapmayanda özümü özüm kimi hiss etmirəm. Və bu, ciddi məsələdir”.

Özünüzü olduğunuz kimi hiss etmək əjdaha pullarından hazırlanmış çəkmə və ya nəhəng yanan qanadlar geyinmək demək ola bilər. Əgər bunu xəyal edə bilirsinizsə, onu The Fabricant-ın köməyi ilə geyinə bilərsiniz. Onların yaradıcı alətləri metaverse-də özünü ifadə etməyi ikinci təbii hala çevirir. Slooten, NFT-lərin insanlara real həyatda özlərini göstərə bilməyəcəkləri şəkildə necə təqdim etmələrinə imkan verməsi ilə bağlı suala ""İndi siz olmaq istədiyiniz hər şeyi yarada bilirsiniz"" deyə cavab verib. “Bu virtual məkanlarda siz şəxsiyyətinizi inkişaf etdirə, dəyişə, təcrübədən keçirə və sonra yenidən fiziki reallığa qayıdarkən özünüzü daha inamlı hiss edə bilərsiniz. Və bu, insana həqiqətən çox yaxşı təsir edir.

4

Ready Player Me ilə virtual şəxsiyyətin fərdiləşdirilməsi

Metaverse-dəki həyat sadəcə əyləncə və NFT oyunları demək deyil. Əlbəttə ki, siz oyunlar kross-avatar platforması olan Ready Player Me-nin yaradıcıları Kaspar Tiri və Timmu Tõke deyilsinizsə.¹ Yeni oyuna başladığınız zaman artıq standart avatar parametrləri və ya bu düzgün burnu əldə etmək üçün yorucu sürüşmə parametrləri artıq yoxdur. Ready Player Me oyunçulara bir dəfə selfi yükləməyə və ya xarakterlərini yaratmağa, sonra öz daimi şəxsiyyətləri ilə virtual dünyada yaşamağa imkan verir. "Doğulduğunuz anda fərdiləşdirməyə başlayırsınız" deyə Toke bildirir.

İnsanların olmaq istədikləri kimi var olması üçün sonsuz imkanlar var.
Heç bir məhdudiyyət yoxdur.

- Kaspar Tiri, Ready Player Me-nin həmtəsisçisi

Rəqəmsal şəxsiyyətin fərdiləşdirilməsi vacibdir, çünki daha çox insan metaversedə qarşılıqlı ünsiyyətdədir. "Samsung kimi böyük brendlərin bu məkana daxil olması sektorun yetkinliyini göstərir" deyə Kaspar Tiri qeyd edir. . "Bütün bunlar, gələcəyi irəliyə doğru aparmaq üçün qurduğumuz hər şeyi göstərir." Ready Player Me texnologiyası istifadəçilərə əsl virtual şəxsiyyət olmaq imkanı verməklə gələcəyi irəliyə doğru aparır. "İnsanların tam olaraq olmaq istədikləri kimi var olması üçün sonsuz imkanlar var" deyə Tiri bəyan edir. "Heç bir məhdudiyyət yoxdur.

Women Rise inklüzivliyi əhatə etmək

Women Rise, metaverse-i daha inklüziv bir yerə çevirmək missiyası daşıyan NFT kolleksiyasıdır. Vizual rəssam Maliha Abidi tərəfindən yaradılan bu 10.000 generativ sənət NFT-ləri qızların təhsili kimi real dünya səbəblərinə töhfə verərkən, əsrarəngiz portretlər vasitəsilə qadınların inanılmaz müxtəlifliyini və gücünü nümayiş etdirir. Hər bir portret, ənənəvi mediaya yeni nəfəs vermək üçün web3 blockchain texnologiyasından istifadə edərək tamamilə unikal sənət əsəri yaratmaq üçün əl ilə çəkilmiş elementlər dəstindən təsadüfi olaraq yaradılıb.

NFT səhnəsinə ilk dəfə girəndə və NFT tədbirlərində iştirak edəndə Abidi fərqli bir təqdimat çatışmazlığı hiss etdi. “Heç vaxt buranın mənə uyğun bir yer olduğunu hiss etmədim. Bunlar sadəcə görə bildiyim insanların sadəcə bir kateqoriyası idi”. Bununla belə, o, mühitin gözəlliyini və potensialını sezirdi. Beləliklə, öz təcrübələrindən ilhamlanaraq və yeni texnologiya ilə gücləndirilmiş kolleksiyanı təqdim edərək böyük təqdir topladı.

837/NEXT-də tamaşaçılar Women Rise-ı təkcə telefon və ya kompüter ekranında gördükləri kimi deyil, yeni bir şəkildə kəşf etdilər. Bu inanılmaz təsvirlər üç mərtəbəli ekranda və Samsung-un rəqəmsal incəsənətin nümayişi üçün hazırlanmış ən son televizorunu özündə əks etdirən NFT incəsənət qalereyasında canlandırıldı: The Frame TV.² Abidinin gəsarətli, gözəl və blokçeynlə gücləndirilmiş işi bizə inklüzivliyin metaverse-də necə göründüyünü göstərir.

Krista Kim və Spatial ilə sənətçilərin gücləndirilməsi

Blockchain yeni yaradıcı iqtisadiyyat yaradır - bu, yaradıcıların imkanlarını artırmaqla vasitəçilərə ehtiyacı aradan qaldırır. Bununla da, ənənəvi olaraq söhbətdən kənarda qalan sənətçilər öz səslərini yüksəldir və yaradıcılıqları ətrafında əsl icmalar formalaşdırırlar. “Techism” hərəkatının qurucusu və NFT kimi satılan ilk rəqəmsal evin yaradıcısı Krista Kim bu təkamülü öz gözləri ilə müşahidə edib. Kimin sözlərinə görə, “Milyonçu olmaq lazım deyil. Sizə lazım olan tək şey ixtiraçılıq, drayv və plandır”.

4

“Milyonçu olmaq lazım deyil. Sizə lazım olan tək şey ixtiraçılıq, drayv və plandır”.

- Krista Kim, rəqəmsal sənətçi

Metaverse pioneri kimi Kim özünün məşhur Mars Evini yaratmaq üçün Spatial.io kimi platformalardan istifadə edərək texnologiya və incəsənəti qarışdırmaq üçün yeni yollar yaratdı. Spatial və Kim, web3 yaradıcılığını və NFT-ləri marağı olan hər kəs üçün əlçatan edən yeni dünyanın inşası alətlərini təqdim etmək üçün 837/NEXT-də yenidən əlaqə saxladılar. İndi, ənənəvi sənət dünyasının məhdudiyyətlərindən azad olan rəssamlar öz autentik mənlikləri olmaq səlahiyyətinə malikdirlər. "İncəsənətin gücü, istər təcrübənizdən, istərsə də yaratmağınızdan asılı olmayaraq, həmişə radikal autentikliklə bağlıdır" deyə Kim bildirir. “Sosial media və web2, məzmunu passiv şəkildə istehlak edirdi, lakin indi web3-də biz fəal şəkildə birgə yaradıcılıqla məşğuluq. Bu, həqiqətən də güc verən təcrübədir”.

  • ¹ Tərəfdaş tətbiqlərin və oyunların mövcudluğu regiona görə fərqlənə bilər. Partnyor tətbiqlərin və oyunların tam siyahısına https://readyplayer.me/apps ünvanında baxın
  • ² Alınmış NFT-lərə baxmaq üçün Nifty Gateway TV hesabı və məlumat bağlantısı tələb olunur.

Metaverse-ə daxil olmağa hazırsan?

Samsung-un bu innovasiyaları ilə web3 təcrübənizi artırın – bunun üçün sadəcə olaraq fanyaziyanızı qatın.

Növbəti hekayələri oxu