Yoxlama siyahısı: Uşaq üçün necə seçmək olar
onun ilk smartfonu
Mobil qurğular dünyasında valideynlər üçün bələdçi
Uşaqların həyatında ilk smartfon – bu vacib hadisədir. İdeal olaraq, o, yalnız uşağınızın təhlükəsizliyinə cavabdeh olmalı deyil, həm də ona məsuliyyətli olmağı öyrətməlidir. Etibarlılıq və əlverişli qiymət - bunlar bazarlıq edərkən ən çox diqqət yetirilən iki meyardır. Uşağınızın ilk cihazına yatırım etməzdən əvvəl, bilməyiniz lazım olan digər şeylər haqqında burada danışılır.
Zərərli təsirlərdən qoruyun
Sağlam yuxu uşağın intensiv inkişafına kömək edir - və buna heç bir şeyin müdaxilə etməsini istəmirsiniz. Bu gün uşaqlar daim smartfonlarda ilişib qalırlar və yəqin ki, siz artıq gadgetın uşağınızın sağlamlığına təsiri barədə düşünmüsünüz. Və haqlı olaraq belədir: smartfonla tez-tez qarşılıqlı əlaqə bioloji saatı poza bilər, yuxuya getməyi çətinləşdirir və ola bilsin ki, daha ciddi problemlərə gətirib çıxara bilər. Bəs niyə risk etməliyik? Smartfonunuzda vaxtınızı daim məhdudlaşdırmaq əvəzinə, sadəcə olaraq potensial zərərli təsirlərdən qorunma təmin edəcək cihaz tapın.
Rəqəmsal dünyada davranış qaydalarını müəyyənləşdirin
Siz öz uşağınıza smartfon verəndə, valideyn nəzarəti qaydalarını unutmayın. Asılılıq yaradan oyunlardan təhlükəsiz olmaya sosial mediaya qədər – bir çox şeylər var ki, siz tamamilə öz uşağınızı ona məruz qoymaq istəməzdiniz. Həyatınızı asanlaşdırın: öz qaydalarınızı təyin edə biləcəyiniz smartfon tapın. Məsələn, Samsung smartfonlarında Uşaq rejimi tətbiqi ... istifadə vaxtını müəyyən etməyə, proqram tətbiqlərinə giriş hüququnu tənzimləməyə və istifadə haqqında hesabat sorğu etməyə imkan verir: belə siz uşağınızın öz cihazında nə ilə məşğul olduğunu dəqiq biləcəksiniz.
Təhlükəsizliyi təmin edin
Smartfon ekranlarına yapışan uşaqlar - bizim dövrümüzdə adi bir mənzərədir. Təəccüblü deyil ki, cəmiyyət gənc istifadəçilərə mənfi təsir edə bilən şüalanmadan narahatdır. Smartfon seçərkən Nisbi Absorbsiya Əmsalını (SAR) yoxlayın - bu, smartfondan istifadə edərkən orqanizmin udduğu elektromaqnit enerjisinin miqdarını ölçür. Hələ ki, mütəxəssislər, smartfonlardan gələn şüalanmanın nə qədər ciddi olduğuna dair bir fikir birliyinə gəlməyiblər, yaxşı olar ki, daha az əmsalı olan qurğular seçərək, əvvəlcədən özünüzü mümkün nəticələrdən xətərsizləşdirəsiniz.
Şəxsi məlumatlarınızı qoruyun
Uşaqlar smartfonlarını itirirlər və tez-tez onları nəzarətsiz qoyurlar – bu faktdır. Buna görə də şəxsi məlumatlarının yad əllərə düşməsindən narahat olmaq – tamamilə təbii bir haldır. Şəxsi informasiyanı necə qorumaq? Köhnəlmiş təhlükəsizlik üsullarını (məsələn, parol vasitəsi ilə blokun açılması kimi) keçmişdə qoyun və Samsung Pass kimi, fərdi eyniləşdirməyə əsaslanan qurğulara diqqət yetirin. Barmaq izi sensoru və üz tanıma texnologiyası sayəsində smartfon və ona bağlı hesablar həmişə etibarlı qorunma altında olacaq - axı yalnız şəxsi biometrik məlumatların köməyi ilə onların kilidini açmaq olar.
İctimai Wi-Fi-şəbəkələrinin təhlükəsizliyini yoxlayın.
Açıq giriş nöqtələri şəbəkəyə qoşulmaq üçün rahat üsul ola bilər, bəs bunun arxasında nə durur? Uşağınızla rəqəmsal məkanda təhlükəsizlik barədə danışın və unutmayın: əgər o smartfondan ilk dəfə istifadə edirsə, o sadəcə olaraq, ictimai Wi-Fi şəbəkələrində necə davranmaq qaydalarını bilməyə bilər. Xüsusilə də, təhlükənin hər küncdə gözləyə bildiyi, müasir dünyada. Bir halda ki, siz həmişə yanında ola bilmirsiniz, niyə də bu tapşırığı smartfonlara həvalə etməyəsiniz? Qurğunu şəbəkədə zərərli proqramlardan və təhlükədən müdafiə etmək üsullar tapın – məsələn, yüksək etibarlı Samsung Knox təhlükəsizlik sistemi ilə smartfonlara diqqət yetirin.