Bizim öhdəliklərimiz

ƏSAS MÜDDƏALARI

 

Samsung Electronics olaraq biz müştərilərimiz üçün məxfiliyin vacibliyini başa düşürük. Mobil telefonlar və planşetlərdən başlayaraq televizorlara, məişət texnikasına, onlayn xidmətlərə və s. bütün Samsung cihaz və xidmətlərimizdə şəxsi məlumatlarınızı necə topladığımızı və istifadə etdiyimizi başa düşdüyünüzə əmin olmaq istəyirik.

 

Bu Məxfilik Siyasəti bütün xidmətlərimizə şamil edilir, lakin biz ehtiyac yarandığı zaman müəyyən xidmətlərdən istifadə edərkən məxfiliyin təmin olunması metodlarımız haqqında əlavə məlumat təqdim edirik.

 

ÜMUMİ MƏLUMAT

 

Biz təqdim etdiyiniz şəxsi məlumatları, xidmətlərimizdən necə istifadə etdiyinizə dair məlumatları və kənar mənbələrdən əldə etdiyiniz məlumatları toplayırıq. Biz bu məlumatı sizə xidmətlər göstərmək və xidmətlərimizdən necə istifadə etdiyinizi başa düşmək üçün istifadə edirik ki, sizin təcrübənizi təkmilləşdirə və fərdiləşdirə bilək və müştərilərimiz üçün ən uyğun tətbiqləri, texnologiyaları və məzmunu inkişaf etdirə bilək. Biz həmçinin sizin ehtimal olunan maraqlarınıza uyğunlaşdırılmış reklamları təqdim etmək üçün şəxsi məlumatlardan istifadə edirik.

 

ŞƏXSİ MƏLUMATLARINIZIN TƏQDİM EDİLMƏSİ

 

Biz sizin şəxsi məlumatlarınızı Samsung Electronics-in filialları və Samsung Electronics adından xidmətlər göstərən şirkətlərlə paylaşa bilərik. Biz həmçinin şəxsi məlumatlarınızı sorğu verdiyiniz məhsul və xidmətləri təmin edən mobil xidmət təminatçıları və ya sığorta şirkətləri kimi etibarlı tərəfdaş şirkətlərlə, habelə maraqlandığınız məhsul və xidmətlər haqqında məlumatlarla paylaşa bilərik. Qanunla tələb olunduqda və ya Samsung Electronics və onun istifadəçilərini qorumaq üçün şəxsi məlumatları hüquq-mühafizə orqanları ilə paylaşırıq.

Məxfilik Siyasəti

SAMSUNG QLOBAL MƏXFİLLİK SİYASƏTİNİN ƏSAS ASPEKTİTLƏRİ

  • Əhatə dairəsi

    Bu Məxfilik Siyasəti, özündə Siyasətə keçidi ehtiva edən (birlikdə "Xidmətlərimiz" adlanır) istənilən Samsung cihazlarına, veb-saytlarına və onlayn proqramlarına şamil edilir. Bu Məxfilik Siyasəti Xidmətlərimizə daxil olmaq üçün kompüter, mobil telefon, planşet və ya televizordan istifadə etməyinizdən asılı olmayaraq tətbiq edilir.

  • Biz Xidmətlərimizlə bağlı müxtəlif növ məlumatları toplayırıq, o cümlədən:

     

    • Birbaşa bizə təqdim etdiyiniz məlumatlar;
    • Xidmətlərimizdən istifadəniz haqqında topladığımız məlumat; eləcə də
    • kənar mənbələrindən aldığımız məlumatlar.

     

    Biz həmçinin Məxfilik Siyasətində göstərilməyən məlumatların toplanması üçün sizin razılığınızı istəyə bilərik.

  • Topladığımız məlumatı digər məqsədlərlə yanaşı, aşağıdakılar üçün istifadə edirik:


    • tələb etdiyiniz Xidmətləri və ya sevisləri təmin etmək;
    • Xidmətləri təkmilləşdirmək imkanı əldə etmək üçün onlardan necə istifadə etdiyinizi başa düşmək;
    • sizin mümkün maraqlarınız haqqında məlumatların təhlili əsasında xüsusi seçilmiş məzmun və reklam təqdim etmək;
      • Filiallara - Samsung Electronics Co., Ltd ilə eyni şəxslərə məxsus və ya onların nəzarətində olan şirkətlər.
      • Biznes tərəfdaşları - bəyənə biləcəyiniz məhsul və xidmətlər haqqında məlumat verən etibarlı şirkətlər.
      • Xidmət təchizatçıları – Samsungun göstərişi ilə və ya onun adından xidmət göstərən şirkətlər.
      • Hüquq-mühafizə orqanları - məlumatın təqdim olunması tələbinə cavab olaraq və Samsung şirkəti və onun istifadəçilərinin maraqlarını qorumaq üçün.
    • Zəruri hallarda biz müəyyən məlumatları tələb etməzdən əvvəl qısa pop-up bildirişlərindən də istifadə edə bilərik
  • Şirkət: Samsung Electronics Co., Ltd.;

    Şirkətin ünvanı: 129 Samsung-Ro, Maetan-3dong, Yeongtong-gu, Suwon-si, Gyeonggi-do, Koreya;

SAMSUNG MƏXFİLİK SİYASƏTİ

 

Qüvvəyə minmə tarixi: 30 aprel 2019-cu il

Bu Məxfilik Siyasəti mobil telefonlar və planşetlərdən başlayaraq televizorlara, məişət texnikasına, onlayn xidmətlərə və s. (birlikdə "Xidmətlər" adlanır) daxil bütün Samsung cihaz və xidmətlərimizə aiddir.

Məxfilik Siyasətini mütəmadi olaraq nəzərdən keçirmək vacibdir, çünki o, yenilənə bilər. Xidmətlər çərçivəsində təqdim olunan şəxsi məlumatlarla iş metodlarımızdakı və ya tətbiq olunan qanunvericilikdəki dəyişiklikləri əks etdirmək üçün bu Məxfilik Siyasətini vaxtaşırı yeniləyə bilərik. Məxfilik Siyasətinə edilən hər hansı əhəmiyyətli dəyişiklik barədə sizi xəbərdar etmək üçün əvvəlcədən veb-saytımızda və ya cihazınızda bildiriş yerləşdirəcəyik və onun sonuncu dəfə yeniləndiyi tarix Məxfilik Siyasətinin yuxarı hissəsində göstəriləcək. Məxfilik Siyasətinin ən son versiyası həmişə aşağıdakı ünvanda mövcud olacaq:  https://account.samsung.com/membership/policy/privacy.

TOPLADIĞIMIZ MƏLUMAT

 

Samsung Electronics şəxsi məlumatlarınızı müxtəlif yollarla toplayır.

Birbaşa sizin tərəfinizdən verilən məlumat

Bəzi Xidmətlər sizə məlumatı bizimlə və ya filiallarımızla (məsələn, Samsung SDS kimi) birbaşa paylaşmağa imkan verir. Misal üçün:

• Siz hesab və ya profil yaratdığınız zaman biz sizin adınız, doğum tarixiniz və ya e-poçt ünvanınız kimi məlumatları istəyə bilərik.

• Əgər bizdən məhsul və ya ödənişli xidmət sifariş etsəniz, həmin sifarişi icra etmək üçün adınızı, ünvanınızı, əlaqə məlumatlarınızı, çatıdırılma ünvanınızı istəyə bilərik.

• Müştəri Xidmətləri Mərkəzinə müraciət zamanı cavabları təmin etmək üçün bizə şəxsiyyətinizi təsdiqləmək üçün məlumat və sorğu etdiyiniz məhsul haqqında informasiya lazım ola bilər.

• Müştəri Mərkəzimizin personalı və ya digər Xidmətlərimizlə əlaqə saxladığınız zaman sizin məlumatlarınız bizim sistemlərimiz vasitəsilə ötürüləcək və saxlanılacaq.

Xidmətlərdən sizin istifadəniz haqqında məlumat

Təqdim etdiyiniz məlumatdan başqa, biz cihazlarınızda olan proqram təminatı vasitəsilə və digər yollarla Xidmətlərimizdən necə istifadə etdiyiniz barədə məlumatları toplayacağıq. Biz aşağıdakı kimi məlumatları toplayacağıq:

• Cihaz haqqında məlumat: aparat modeli, cihazın aparat təfərrüatları, IMEI nömrəsi və digər unikal cihaz identifikatorları, telefon nömrəsi, seriya nömrəsi, satış kodu, giriş qeydləri, cari proqram təminatı versiyası, mobil ölkə kodu, mobil şəbəkə kodu, MAC ünvanı, IP ünvanı, kuki faylları, piksellər, abunə məlumatı, əməliyyat sistemi versiyaları və Xidmətlərə daxil olmaq üçün istifadə edilən cihaz parametrləri.

• Jurnal məlumatları: diaqnostik və texniki məlumat, Xidmətlərdən istifadənizin vaxtı və müddəti kimi xəta və istifadə məlumatları, müəyyən Samsung Xidmətinə qoşularkən cihazınızda daxil etdiyiniz axtarış sorğuları və cihazlarınıza göndərdiyimiz kuki fayllarda saxlanılan istənilən informasiya.

• Məkan məlumatı: Cihazınız tərəfindən qəbul edilən GPS siqnalları və ya müəyyən Xidmətlərdən istifadə etdiyiniz və məkanı aktivləşdirdiyiniz zaman bizə ötürülə bilən yaxınlıqdakı Wi-Fi giriş nöqtələri və mobil qüllələr haqqında məlumat.

• Səs Məlumatı: Bu funksiyanı aktivləşdirdiyiniz və Xidməti idarə etmək üçün səs əmrlərindən istifadə etdiyiniz və ya Müştəri Xidmətləri Mərkəzinin əməkdaşları ilə əlaqə saxladığınız zaman yaratdığımız və serverlərimizdə saxladığımız səs yazıları. Nəzərə alın ki, biz, nitqin mətnə ​ çevrilməsi üzrə bizim adımızdan ​xidmət göstərən üçüncü tərəf xidmət provayderi ilə işləyiriksə, həmin provayder bizimlə etibarlı üçüncü tərəf xidmət təminatçımız arasında bağlanmış müqaviləyə uyğun olaraq müəyyən səs əmrlərini qəbul edə və saxlaya bilər.

• Samsung klaviaturası haqda informasiya: intellektual mətn daxiletmə funksiyasını aktivləşdirdiyiniz zaman yazdığınız sözlər. Bu funksiya digər Samsung mobil cihazlarınızda istifadə etmək üçün məlumatları sinxronlaşdırmaq üçün Samsung hesabınızla əlaqədar təklif oluna bilər. Məlumatı silmək üçün intellektual mətn daxiletmə parametrlərinə keçin.

• Baxış məlumatları: şəbəkələr, kanallar, ziyarət etdiyiniz veb-saytlar, cihazlarınızda baxdığınız proqramlar və onların baxışına sərf olunan vaxt.

• Xidmətlərdən istifadəniz haqda digər məlumatlar, məsələn, istifadə etdiyiniz proqramlar, ziyarət etdiyiniz veb-saytlar və hər hansı Xidmət vasitəsilə təklif olunan məzmunla iş təcrübəniz.

İctimai və ödənişli mənbələrdən alınan məlumatlar və ya birgə istifadə olunan məlumatlar

Biz bəzən tətbiq olunan qanunun tələblərinə uyğun olaraq, istifadə etdiyiniz sosial şəbəkə məlumatları daxil olmaqla ictimai və ödənişli mənbələrdən gələn məlumatları topalyır və sizin ehtiyaclarınızı, maraqlarınızı və seçimlərinizi daha yaxşı başa düşmək üçün onları sizin haqqınızda olan digər məlumatlarla birləşdiririk.

Topladığımız Digər Məlumatlar

Biz həmçinin siz, cihazlarınız və ya bizə göndərməyə razılıq verdiyiniz Xidmətlərdən istifadə haqqında digər məlumatları toplaya bilərik.

Üçüncü tərəf analitik xidmətləri

Müəyyən Xidmətlərdən istifadə etməklə, biz uzun müddət ərzində İnternetdə, veb-saytlarda və qoşulmuş cihazlardaki fəaliyyətiniz, eləcə də,  üçüncü tərəfin vebsaytları, cihazları, tətbiqləri və digər onlayn funksiyalar və xidmətlər vasitəsilə  fəaliyyətləriniz haqqında şəxsi məlumat toplaya bilərik. Bu Xidmətlərdə Google Analytics kimi üçüncü tərəf analitik xidmətlərindən istifadə edə bilərik. Bu analitik xidmətləri idarə edən xidmət təminatçıları Xidmətlərdən istifadənizi təhlil etməkdə və həmin Xidmətləri təkmilləşdirməkdə bizə kömək edir. Aldığımız məlumat, məsələn, Xidmətlərdən istifadəni qiymətləndirmək, Xidmətləri idarə etməyə kömək etmək və texniki problemlərin diaqnostikası üçün məlumatdan istifadə edən bu provayderlər və digər müvafiq üçüncü tərəflər tərəfindən birbaşa açıqlana və ya toplana bilər. Google Analytics haqqında ətraflı məlumatı  http://www.google.com/analytics/learn/privacy.html və https://www.google.com/policies/privacy/partners/ ünvanlarında tapa bilərsiniz.

İSTİFADƏÇİLƏRİN İNTERNETDƏKİ FƏALİYYƏTLƏRİNİN İZLƏNMƏSİ VƏ FƏRDİ REKLAM

Bəzi Xidmətlər vasitəsilə biz və digər üçüncü tərəf təminatçıları sizə fərdi maraqlarınıza uyğunlaşdırılmış məhsul və xidmətlər haqqında reklam təqdim etmək üçün Internetdəki fəaliyyətləriniz haqqında məlumat toplaya bilər.

Samsung Mobile Ads

Samsung Mobile Ads xidmətimiz Samsung və üçüncü tərəf provayderlərinin cihazlar, vebsaytlar və proqramlarda istifadəçi maraqlarına əsasən seçilmiş reklamları təqdim etmək üçün nəzərdə tutulub. Samsung Mobile Ads xidməti İnternetdəki fəaliyyətləriniz haqqında müəyyən məlumat toplamaqla, həmçinin Google-un reklam identifikatoru kimi reklam identifikatoruna istinadən demoqrafik xarakteristika, seçimlər, zövqlər və maraqlarınız əsasında fərdiləşdirilmiş reklamlar təqdim edə bilər. Biz sizin Samsung hesabınıza girişinizi Samsung Mobil Ads xidmətinin məqsədləri üçün istifadə etmirik. 

Reklam şəbəkələri

Samsung müxtəlif reklam şəbəkələrində iştirak etdiyi üçün siz bizim reklamlarımızı digər vebsaytlarda və ya mobil proqramlarda da görə bilərsiniz. Reklam şəbəkələri bizə reklam mesajlarımızı demoqrafik məlumat, istifadəçilərin ehtimal olunan maraqları və veb-sayt ziyarəti statistikasına əsasən istifadəçilərə yönəltməyə imkan verir. Bu şəbəkələr brauzer kukiləri, veb-mayakları, piksellər, cihaz identifikatorları, server qeydləri və digər oxşar texnologiyalar da daxil olmaqla, avtomatlaşdırılmış vasitələrlə məlumat toplamaqla istifadəçilərin İnternetdəki fəaliyyətlərini uzun zaman ərzində izləyə bilər. Şəbəkələr bu məlumatdan fərdi şəxslərin maraqlarına uyğunlaşdırıla bilən reklamları göstərmək, çoxsaylı veb-saytlar və proqramlar üzərindən istifadəçilərin brauzerlərini və ya cihazlarını izləmək və istifadəçilərin internetə baxışı və resursları nəzərdən keçirməsi və İnternetdə tətbiqlərdən istifadə üzrə profilini yaratmaq üçün istifadə edir. Reklam şəbəkələrimizin toplaya biləcəyi məlumata istifadəçilərin baxılan səhifələr və ya reklamlar kimi müvafiq reklam şəbəkələrində iştirak edən veb-saytlara və proqramlara ziyarətləri və veb-saytlar və ya tətbiqlərdə görülən tədbirlər haqqında məlumatlar daxildir. Bu məlumatların toplanması həm müəyyən Xidmətlərdə, həm də reklam şəbəkələrində iştirak edən üçüncü tərəfin veb-saytlarında və proqramlarında baş verir. Bu proses həm də marketinq səylərimizin effektivliyini izləməyə imkan verir. Məlumatlarınızın üçüncü tərəfin reklam şəbəkələri tərəfindən işlənməsi həmin şəbəkələrin müvafiq məxfilik siyasətləri ilə tənzimlənir.

Mümkün seçim variantları 

Siz Samsung hesabı üçün qeydiyyatdan keçərkən tələb olunan məlumat kimi müəyyən məlumatları bizə təqdim etməməyi seçə bilərsiniz. Bəzi hallarda bu, Xidmətlərdən istifadə imkanınızı məhdudlaşdıra bilər. Əsaslandırılmış qərar qəbul edə bilməyiniz üçün məlumatınızı sorğuladıqda bu məhdudiyyətləri izah etmək üçün əlimizdən gələni edəcəyik. Məsələn, Samsung Cloud sizə məlumatınızın ehtiyat nüsxəsini çıxarmağa və bərpa nöqtəsi yaratmağa imkan verir; lakin, Samsung Cloud məxfi məlumatları saxlamaq və ya emal etmək üçün nəzərdə tutulmayıb.

SİZİN MƏLUMATINIZDAN NECƏ İSTİFADƏ EDİRİK?

Topladığımız məlumatı aşağıdakı məqsədlər üçün istifadə edirik:

• Xidmətlərimizə daxil olmaq üçün hesabı və ya cihazınızı qeydiyyatdan keçirməyə kömək etmək;

• Tələb etdiyiniz Xidmətləri və ya funksiyaları təmin etmək;

• Xidmətlərimizdə əvvəlki fəaliyyətləriniz əsasında fərdiləşdirilmiş məzmun və fərdiləşdirilmiş xidmətlər təqdim etmək;

• Veb-saytlarımızda, üçüncü tərəflərin veb-saytlarında və sosial şəbəkə saytları kimi onlayn platformalarda sizin üçün maraqlı ola biləcək fərdiləşdirilmiş reklam və təkliflər təqdim etmək;

• Yalnız sizin ayırca razılığınız əsasında birbaşa marketinq kommunikasiyaları vasitəsilə reklam aksiyaları və təklifləri haqqında məlumat vermək;

• Müştərilərimizi daha yaxşı başa düşmək və sizə ən uyğun kommunikasiya, xidmət və imkanları təklif etmək üçün məhsul və xidmətlərimizi təhlil etmək;

• Məhsul və xidmətlərimiz haqqında sizin rəyinizi öyrənmək və ayrıca razılığınızla müştəri sorğuları keçirmək;

• Proqram təminatını yeniləmək, cihazlarınız üçün texniki xidmət və dəstək göstərmək;

• Qanunvericiliyə və hüquqi proseslərə riayət etmək;

• Samsung Electronics-in, onun hər hansı filialının, biznes tərəfdaşlarının və ya müştərilərinin hüquqlarını, qanuni maraqlarını, əmlakını və ya təhlükəsizliyini qorumaq üçün.

Xidmət keyfiyyətimizi təkmilləşdirmək üçün Xidmətlərimizdən, cihazlarımızdan və ya digər mənbələrdən sizin haqqınızda topladığımız məlumatlardan istifadə edir və onları birləşdiririk. Məsələn, siz Samsung hesab məlumatlarınızı təkcə qeydiyyatdan keçdiyiniz Xidmət üçün deyil, həm də Samsung hesablarından istifadə edən digər Xidmətlər üçün istifadə edə bilərsiniz. Biz, həmçinin, bəyəndiyiniz və ya fərdiləşdirə biləcəyiniz məzmunu təmin etmək üçün birbaşa və ya yuxarıda göstərildiyi kimi digər mənbələr vasitəsilə təqdim etdiyiniz məlumatdan istifadə edirik.

Məlumatlarınızla bağlı sizin seçimləriniz var. Əlavə məlumat üçün SİZİN HANSI HÜQUQLARINIZ VAR? bölməsinə baxın.

[Yalnız Avropa İqtisadi Zonasına (AİB) daxil olan ölkələrin sakinləri üçün]

Samsung şəxsi məlumatları yuxarıda təsvir edilən məqsədlər üçün emal edir. Samsung şəxsi məlumatları qanuni əsaslarla emal edir və bu cür emal aşağıdakı məqsədlər üçün aparılır:

(i) Sizi Xidmətlərimizlə təmin etmək kimi vədlərimizi yerinə yetirmək;

(ii) Veb-saytımızda, üçüncü tərəfin veb-saytlarında və onlayn platformalarda dərclər daxil olmaqla, biznes maraqlarımızı inkişaf etdirmək (məsələn, sizinlə münasibətimizi idarə etmək və müştəri təcrübəsini təkmilləşdirmək);

(iii) qanunlara və hüquqi proseslərə uyğunluğu təmin etmək;

(iv) Sizin razılığınızla (məsələn, birbaşa marketinq məlumatı göndərmək üçün). Razılığınızı versəniz, bu Məxfilik Siyasətinin ƏLAQƏ bölməsində göstərildiyi kimi bizimlə əlaqə saxlayaraq onu hər zaman geri çağıra bilərsiniz.

Samsung Electronics yuxarıda təsvir olunduğu kimi şəxsi məlumatlarınızın emalında məlumat nəzarətçisidir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yerləşən Samsung Electronics (UK) Limited Avropada müəyyən birbaşa marketinq kommunikasiyaları və fərdiləşdirilmiş reklamlar üçün həm də şəxsi məlumatlarınızın informasiya nəzarətçisidir. Avropadakı bəzi Samsung filiallarımız sizin şəxsi məlumatlarınızı öz ölkələrində emal edir. Müvafiq hallarda, Samsung-un Avropadakı törəmə şirkəti öz veb-saytında izahatlarla öz yerli Məxfilik Siyasətini təqdim edir.

 

SİZİN MƏLUMATLARI KİMİNLƏ PAYLAŞIRIQ?

 

Biz sizin məlumatınızı şirkətdaxili olaraq açıqlayacağıq: məlumat yalnız Xidmətləri göstərməyə davam etmək və ya sorğularınıza kömək etmək üçün onlara ehtiyacı olanlarla paylaşılacaq.

Biz həmçinin məlumatlarınızı yalnız Xidmətlərimizi təmin etmək üçün lazım olan dərəcədə aşağıdakı təşkilatlara açıqlayacağıq:

• Filiallar: bizim idarə etdiyimiz və ya sahibi olduğumuz Samsung Electronics qrupuna daxil olan digər şirkətlər. Filiallara həmçinin Samsung SDS, Cheil Worldwide və başqaları kimi ümumi idarə və ya mülkiyyət altında olan digər şirkətlər də daxil ola bilər.

• Biznes tərəfdaşlar: sizi, tələb etdiyiniz və ya satın aldığınız Xidmətlərlə təmin etmək üçün tərəfdaş olduğumuz partnyorlar. Bu biznes tərəfdaşları şəxsi məlumatlarınızı müstəqil şəkildə nəzarət və idarə edir.

• Xidmət təminatçıları: bizim üçün və ya bizim adımızdan xidmət göstərən diqqətlə seçilmiş şirkətlər. Bunlar, məsələn, təmir, müştəri xidmətləri mərkəzləri, müştəri xidməti fəaliyyətləri, reklamlar (veb-saytlarımızda, üçüncü tərəf veb-saytlarında və ya Adobe İrlandiya kimi onlayn platformalarda fərdi maraqlara əsaslanan reklamlar daxil olmaqla), müştəri məmnuniyyəti sorğuları, hesab təqdimatı, bizim adımızdan e-poçtlar göndərilməsində yardımçı olan şirkətlərdir. Bu provayderlər həmçinin məlumatlarınızı qorumaq öhdəliyi götürürlər.

• Qanunun tələbinə əsasən və ya Xidmətlərimizi qorumaq məqsədilə başqalarına: məsələn, qanuna, hüquqi prosesə və ya dövlət orqanlarının məhkəmə qərarına riayət etmək üçün məlumatlarınızı açıqlamaq lazım gələ bilər. Onlar həmçinin hüquq-mühafizə, milli təhlükəsizlik, terrorla mübarizə və ya digər ictimai təhlükəsizlik məsələləri ilə bağlı məlumatınızı bizdən tələb edə bilərlər.

• Korporativ əməliyyatlarımızla əlaqədar digər şəxslərə və təşkilatlara. Birləşmə və ya köçürmə, biznesin alınması və ya satışı və ya iflas halında məlumatlarınızı üçüncü tərəfə ötürə bilərik.

• Sizin razılığınız və ya göstərişinizlə başqalarına: Bu Məxfilik Siyasətində təsvir edilən açıqlamalara əlavə olaraq, biz sizin haqqınızda məlumatı sizin ayrıca razılığınız və ya sorğunuz əsasında üçüncü tərəflərlə paylaşa bilərik.

BİZ SİZİN MƏLUMATINIZI NECƏ QORUYURUQ?

Biz məlumatların qorunmasına ciddi yanaşırıq. Topladığımız məlumatların təhlükəsiz şəkildə saxlanmasını təmin etmək üçün təşkilati, hüquqi və texniki təminatlardan istifadə edirik. Bununla belə, unutmayın ki, məlumatınızı qorumaq üçün rasional addımlar atsaq da, heç bir veb-sayt, İnternet ötürülməsi, kompüter sistemi və ya simsiz əlaqə tamamilə təhlükəsiz deyil.

SİZİN MƏLUMATLARINIZI HARA GÖNDƏRİRİK?

Xidmətlərimizdən istifadəniz bu Siyasətə uyğun olaraq, yaşadığınız ölkə daxilində və xaricində şəxsi məlumatlarınızın ötürülməsini, saxlanmasını və işlənməsini əhatə edir. O cümlədən, şəxsi məlumatlarınız Koreya Respublikasına ötürüləcək. Nəzərə alın ki, məlumatınızın ötürülə biləcəyi ölkələrin məlumatların qorunması qanunları və digər qanunları ölkənizin qanunlarından daha az spesifik ola bilər.

SİZİN HANSI HÜQUQLARINIZ VAR?

Şəxsi məlumatlarınız sizə məxsusdur. Bizdən topladığımız məlumatların təfərrüatlarını təqdim etməyimizi və onu silməyimizi və ya hər hansı qeyri-dəqiqliyi düzəltməmizi xahiş edə bilərsiniz. Siz həmçinin bizdən şəxsi məlumatlarınızın işlənməsini, paylaşılmasını və paylaşılmasını məhdudlaşdırmağı və onlardan öz məqsədləriniz üçün istifadə edə bilməniz üçün haqqınızda topladığımız şəxsi məlumatları sizə təqdim etməyimizi xahiş edə bilərsiniz. Bununla belə, şəxsi məlumatlarınızı silmək tələbi təqdim etdiyimiz Xidmətlərə girişin itirilməsi ilə nəticələnə bilər. Qanunla saxlanması tələb olunan məlumatları silmirik.

Hüquqlarınızla bağlı sorğu vermək və ya istənilən sualınızla bağlı bizimlə əlaqə saxlayın. Ətraflı məlumat üçün ƏLAQƏ bölməsinə baxın.

MƏLUMATLARINIZI HANSI MÜDDƏT ƏRZİNDƏ  SAXLAYIRIQ?

Biz sizin şəxsi məlumatlarınızı onların toplandığı məqsədlər üçün lazım olduğundan daha uzun müddət saxlamırıq. Bu o deməkdir ki, məlumat artıq lazım olmadıqda sistemlərimizdən çıxarılacaq və ya silinəcək.

Haqqınızda olan məlumatları aşağıdakı məntiq əsasında emal etməyimizi və saxlamağımızı təmin etmək üçün müvafiq addımlar atırıq:

1. Məlumatın sizə xidmət göstərmək üçün istifadə olunduğu minimum müddət;

2. Qanunun, müqavilənin və ya qanunla müəyyən edilmiş öhdəliklərimizin tələb etdiyi kimi;

3. Hər hansı bir müqaviləyə və ya qüvvədə olan qanunlara uyğun olaraq toplanma və işlənmə məqsədlərinə nail olmaq üçün və ya mövcud informasiyanın mühafizəsi vasitələrindən istifadə etməklə statistik məlumatların əldə edilməsi üçün zəruri olan zamandan artıq olmamaq şərtilə.

 

HANSI ÜÇÜNCÜ TƏRƏF XİDMƏTLƏRİNDƏN İSTİFADƏ EDİRİK?

Xidmətlərimizin bəzi məzmunu, reklamı və funksionallığı üçüncü tərəflər tərəfindən təmin edilir. Bu üçüncü tərəflər sizin bu Xidmətlərdən istifadəniz haqqında məlumat toplamaq üçün kuki fayllardan, veb-mayaklardan, izləmə piksellərindən və digər vasitələrdən istifadə edə bilərlər. Bu üçüncü tərəflər birbaşa Samsung tərəfindən idarə olunmur, ona görə də onların məlumatlarınızı necə istifadə etdiyini başa düşmək üçün onların məxfilik siyasətlərini nəzərdən keçirməyi tövsiyə edirik.

Bəzi tətbiqlər və xidmətlər, o cümlədən sosial media üçün biz həmin proqramlara və xidmətlərə qoşulduqda qəbul etməyə icazə verdiyiniz giriş məlumatını və digər məlumatları qəbul edir və saxlayırıq.

KUKİ FAYLLAR, VEB-MAYAKLAR VƏ ANALOJİ TEXNOLOGIYALAR

Biz və Xidmətlərimizdə məzmun, reklam və ya funksionallıq təmin edən bəzi üçüncü tərəflər Xidmətlərimizin müəyyən sahələrində kukilərdən, piksellərdən, veb-mayaklardan və digər texnologiyalardan istifadə edə bilər.

Kuki faylları

Kuki faylları - kompüterinizdə, televizorunuzda, mobil telefonunuzda və ya digər cihazınızda məlumat saxlayan kiçik fayllardır. Onlar cihazınızda kuki fayl yerləşdirmiş təşkilata cihazınızı və ya hesabınızı müxtəlif veb-saytlar, xidmətlər, cihazlar və brauzerlərdə tanımağa imkan verir. Kukilər bir çox faydalı işi yerinə yetirir. Misal üçün:

• Kukilər sizin giriş məlumatlarınızı yadda saxlaya bilər ki, hər dəfə xidmətə daxil olanda onları yenidən daxil etməyiniz lazım gəlməsin.

• Cookie fayllar ziyarətçilərin hansı səhifələrə və funksiyalara daxil olduğunu və səhifələrdə nə qədər vaxt keçirdiklərini görmək imkanı verməklə bizə və üçüncü tərəflərə Xidmətlərimizin hansı hissələrinin ən populyar olduğunu anlamağa kömək edir. Bu məlumatı öyrənmək bizə Xidmətləri uyğunlaşdırmağa və təkmilləşdirməyə kömək edir.

• Kuki fayllar bizə və üçüncü tərəflərə hansı reklamlara baxdığınızı anlamağa kömək edir və Xidmətə hər dəfə daxil olanda eyni reklamı almamağınızdan əmin olmaq üçün tədbirlər görür.

• Kuki fayllar Xidmətlərimizdən və digər veb-sayt və proqramlardan istifadəniz haqqında məlumat toplamaqla bizə və üçüncü tərəflərə sizin maraqlarınıza uyğun məzmun və reklamları çatdırmağa kömək edir.

Veb brauzer vasitəsilə Xidmətlərə daxil olmaqla, siz brauzerinizi bütün cookie fayları qəbul etmək, bütün cookie-ləri rədd etmək və ya hər dəfə cookie göndərildikdə xəbərdar etmək üçün təyin edə bilərsiniz. Hər bir brauzer fərqlidir, ona görə də cookie parametrlərinizi necə dəyişdirmək barədə məlumat üçün brauzerinizin "Yardım" menyusuna baxın. Cihazınızın əməliyyat sistemi əlavə cookie faylların idarəsini təmin edə bilər. Nəzərə alın ki, bəzi Xidmətlər cooki-lərdən istifadə edə bilər, ona görə də onları söndürsəniz, siz bu Xidmətlərdən və ya bu Xidmətlərin hər hansı bir hissəsindən istifadə edə bilməyəcəksiniz. 

Digər yerli saxlanılma

Biz və müəyyən üçüncü tərəflər öz Xidmətlərimizin fəaliyyətində, lokal ümumi obyektlər ("Flash kukilər" kimi də tanınır) və HTML5 lokal yaddaşı kimi lokal yaddaş texnologiyalarından istifadə edə bilərik. Bu texnologiyalar əvvəllər təsvir edilən kukilərə bənzəyir. Onlar cihazlarınızda saxlanılır və fəaliyyətləriniz və seçimləriniz haqqında müəyyən məlumatları saxlamaq üçün istifadə oluna bilər. Bununla belə, bu texnologiyalar cihazlarınızda standart kukilər tərəfindən istifadə edilənlərdən fərqli komponentlərdən faydalana bilər. Buna görə də, siz standart brauzer alətləri və parametrlərindən istifadə edərək onlara nəzarət edə bilməyəcəksiniz. Lokal ümumi obyektlərdə olan məlumatı söndürmək və ya silmək haqqında ətraflı məlumat üçün:  http://helpx.adobe.com/flash-player/kb/disable-local-shared-objects-flash.html keçidinə baxın.

Veb-mayaklar

Biz və bəzi üçüncü tərəflər məlumatı cihazınızdan serverə ötürmək üçün veb-mayakları (və ya "piksellər") adlanan texnologiyalardan da istifadə edə bilərik. Veb-mayakları interaktiv məzmuna, videoya və e-poçt mesajlarına daxil edilə bilər və serverə, cihazınızdan müəyyən növ məlumatları oxumağa, müəyyən məzmuna və ya e-poçtdakı konkret mesaja nə vaxt baxdığınızı bilməyə, veb-mayaka baxdığınız müddəti və tarixi, eləcə də  cihazın IP ünvanını təyin edə bilər.   Biz və müəyyən üçüncü tərəflər müxtəlif məqsədlər üçün, o cümlədən Xidmətlərimizdən necə istifadə etdiyinizi təhlil etmək və (kukilərlə birlikdə) maraqlarınıza uyğunlaşdırılmış məzmun və reklam təqdim etmək üçün veb-mayaklardan istifadə edirik.

ƏLAQƏ

Seçimlərinizi yeniləmək, məlumatlarınıza düzəliş etmək, sorğu göndərmək və ya suallar ünvanlamaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Məlumat operatoru

Samsung Electronics Co., Ltd.

129, Samsung-ro, Yeongtong-gu,

Suwon-si, Gyeonggi-do 16677, Koreya Respublikası

[Yalnız Avropa İqtisadi Zonasına (AİB) daxil olan ölkələrin sakinləri üçün]

Samsung Electronics-in bütün Avropada ofisləri var. Buna görə də, biz, sorğunuzun və ya sualınızın sizin regionunuzdakı məlumatların mühafizəsi komandası tərəfindən idarə olunmasına zəmanət verə bilərik.

Bizimlə əlaqə saxlamağın ən asan yolu  https://www.samsung.com/request-desk. ünvanındakı Məxfilik Dəstəyi səhifəsidir.

Siz həmçinin bizimlə aşağıdakı şəkildə əlaqə saxlaya bilərsiniz:

Avropa Məlumatların Mühafizəsi üzrə Səlahiyyətli

Samsung Electronics (UK) Limited

Samsung House, 1000 Hillswood Drive, Chertsey, Surrey KT16 0PS

Şəxsi məlumatlarınızın emalının qüvvədə olan qanunları pozduğunu hesab edirsinizsə, müvafiq nəzarət orqanına şikayət verə bilərsiniz. Aİ-daki bütün nəzarət orqanları üçün əlaqə məlumatlarını  https://ec.europa.eu/newsroom/article29/item-detail.cfm?item_id=612080. ünvanında tapa bilərsiniz.

SAMSUNG MƏXFİLLİK SİYASƏTİ - SMART TV ƏLAVƏSİ

Samsung-un Smart TV xidməti təkmilləşdirilmiş video məzmun, fərdiləşdirilmiş televiziya proqramları, filmlər, sosial şəbəkə xidmətlərinə qoşulma və səsli əmrlər vasitəsilə Smart TV-lərə nəzarət etmək və onlarla qarşılıqlı əlaqə yaratmaq imkanı verən bir sıra funksiyalar təklif edir. Biz Smart TV və Smart TV-yə qoşulmuş cihazlar vasitəsilə yığılmış məlumatları Samsung Məxfilik Siyasətində təsvir olunduğu kimi toplayırıq, istifadə edirik, paylaşırıq və saxlayırıq. Hazırki Əlavədə bəzi Smart TV funksiyaları ilə bağlı məxfiliyin qorunması metodları haqqında ətraflı məlumat var.

Smart TV video proqramları və digər məzmunu asan tapmaq üçün nəzərdə tutulub. Məsələn, siz kabel və ya peyk operatorunuz tərəfindən yayımlanan televiziya proqramları, eləcə də tələb əsasında mövcud olan və üçüncü tərəf məzmun provayderləri tərəfindən təklif olunan video məzmunu haqqında məlumatı Smart TV xidmətinizdə təsvir olunan axtarış dəstəkli kataloqlar vasitəsilə əldə edə bilərsiniz.

Bundan əlavə, Smart TV sizi maraqlandıran proqramları və məzmunu vurğulamaqla və ya baxış keyfiyyətini artıran xidmətlər təqdim etməklə sizə daha uyğun olan başqa bir Smart TV məzmununu tapıb istehlak etməyə kömək edir. Tövsiyələrimiz və əlavə xidmətlərimiz aşağıdakı məlumatlara əsaslanır:

• Samsung proqramlarından istifadə edərək Smart TV-nizdə və ya digər cihazlarda baxdığınız, satın aldığınız, yüklədiyiniz və ya istifadə etdiyiniz məzmun haqqında məlumat (TV-yə baxma məlumatı üçün, aşağıda "Baxış haqda Məlumat Xidmətləri"ni nəzərdən keçirin);

• Smart TV-niz vasitəsilə giriş əldə etdiyiniz proqramlar haqqında məlumat;

• "Bəyənildi", "Bəyənilmədi", "İndi Bax" düymələrinin və digər Smart TV düymələrinin seçimi haqqında məlumat;

• Smart TV axtarış funksiyasından istifadə edərkən, o cümlədən konkret videomaterialı axtararkən daxil etdiyiniz axtarış sorğuları;

• IP ünvanı, jurnal məlumatları, aparat və ya proqram təminatı konfiqurasiyanızı müəyyən edən məlumat, brauzer məlumatı və səhifə sorğuları daxil olmaq və bununla məhdudlaşmayaraq, Smart TV-dən istifadə və cihaz haqda başqa məlumatlar.

Baxış haqda Məlumat Xidmətləri

Bu Məxfilik Müddəaları,  https://account.samsung.com/membership/policy/privacy ünvanında əldə edilə bilən fərdiləşdirilmiş Smart TV funksiyalarını almağınız üçün də keçərli olan  Samsung Məxfilik Siyasəti ilə birlikdə şərh edilməlidir.

Smart TV istifadənizi fərdiləşdirmək üçün bəzi xüsusiyyətlərimiz və xidmətlərimiz sizin TV-yə baxış tarixçənizdən və Smart TV istifadənizdən asılı olacaq.

Televiziyaya baxış tarixçəsinə şəbəkələr, kanallar, ziyarət edilən veb-saytlar və Smart TV-də baxılan proqramlar, habelə onlara baxmağa sərf olunan vaxt haqqında məlumat daxildir.

Biz bu məlumatı əldə etmək üçün Avtomatik Məzmun Tanınması (ACR) və digər texnologiyalardan istifadə edə bilərik. Sizin Smart TV-niz video fraqmentləri və ya TV tuner haqda məlumatları o məqsədlə ötürür ki, siz baxdığınız proqramları müəyyən edə biləsiniz.

Müəyyən funksiyanı və ya xidməti öz istəyinizlə söndürmək üçün parametrlər menyusundan istifadə etməklə, məxfilik parametrlərinizi istənilən vaxt dəyişə bilərsiniz. Bu halda, TV-yə baxış tarixçəniz artıq həmin konkret funksiya və ya xidmət üçün toplanmayacaq.

Nəzərə alın ki, sizin seçdiyiniz məxfilik parametrləri, baxış məlumatlarına əsaslanan xidmətlərin əlçatanlığına və ya keyfiyyətinə təsir edə bilər.

Maraqlara əsaslanan reklam xidmətləri

Maraq Əsaslı Reklam Xidmətlərinin ("MƏR Xidmətləri") məqsədi Samsung və üçüncü şəxslər tərəfindən Smart TV-də və ya müxtəlif Samsung platformalarında təklif olunan məhsul və xidmətlər haqqında faydalı, interaktiv və fərdiləşdirilmiş reklamları qəbul etmək və onlara baxmaq imkanı verməkdir. Buraya TV reklamları, veb reklamları, mobil cihaz reklamları və planşet reklamları da aid edilir.

Cihazlarınızda nümayiş olunan reklamların maraqlarınıza uyğun olmasını təmin etmək üçün MƏR xidməti televizora baxma tarixçənizə (o cümlədən, şəbəkələr, kanallar, ziyarət edilən veb-saytlar və Samsung Smart TV-nizdə baxılan proqramlar, həmçinin onlara baxmağa sərf olunan vaxt), Samsung Smart TV-dən istifadə məlumatlarına və etibarlı üçüncü tərəf mənbələrindən əldə edilən digər statistik məlumatlara əsaslanır. Televiziyaya baxış tarixçənizi əldə etmək üçün Avtomatik Məzmun Tanınması (ACR) və digər texnologiyalardan istifadə edə bilərik.

Yuxarıdakı məlumatlara əsasən, biz ümumi maraqları bölüşən Samsung Smart TV qrupları yaradırıq və bu qrupları MƏR Xidmətini təqdim edərkən tətbiq edirik. Yuxarıdakı məlumatlara əsasən, Samsung Smart TV-nizə təyin edilmiş qruplar və müvafiq olaraq cihazlarınızın hansı reklamları alacağı məyyənləşir.

Siz istənilən vaxt Samsung Smart TV-nin Parametrlər menyusundan MƏR Xidmətini söndürə bilərsiniz.

Nəzərə alın ki, MƏR Xidməti üçün məxfilik parametrlərinin seçimi TV-yə baxış tarixçəsi və ya Samsung Smart TV-dən istifadə məlumatı ilə əlaqəli olmayan digər növ reklam və marketinq təkliflərinin alınmasına təsir etməyəcək. Bu digər növ reklam və marketinq təklifləri, ümumiləşdirilmiş məkanınız və ya digər təxmin edilən və ya məntiqi ehtimal olunan məlumat kimi başqa məlumatlara əsaslanacaq. Bu cür reklamlar maraqlarınıza əsaslanmadığına görə daha az relevant ola bilər.

MƏR Xidmətləri haqqında ətraflı məlumat üçün bu Əlavənin sonundakı "MƏR Xidmətinin Məxfilik Bildirişi"nə baxın.

PSID

Baxış tarixçəniz və maraqlara əsaslanan reklamlara xidmət etmək məqsədilə toplanan Smart TV istifadəniz haqqında məlumat Fərdiləşdirilmiş Xidmətlər İdentifikatoru və ya PSID adlı təsadüfi seçilmiş, qeyri-daimi və sıfırlana bilən cihaz identifikatoru ilə əlaqələndiriləcək.

Siz istənilən vaxt PSID-nizi Smart TV-nin Parametrlər menyusundan sıfırlaya bilərsiniz və sıfırladıqdan sonra Smart TV-yə baxış tarixçəniz və maraq əsaslı reklamlar aldığınız Smart TV-dən istifadə datanız artıq əvvəlki ilə əlaqələndirilməyəcək. Nəzərə alın ki, PSID-nizi sıfırlasanız, maraqlara əsaslanaraq seçilmiş fərdi reklamların keyfiyyətini tənzimləyə bilməyəcəksiniz. 

Səsin tanınması

Siz səsli əmrlərdən istifadə edərək Smart TV xidmətini idarə edə və onun bir çox funksiyalarından istifadə edə bilərsiniz.

Səsin tanınması funksiyasını ativləşdirsəniz, Smart TV-ni səsinizlə idarə edə bilərsiniz. Səsin tanınması funksiyasını dəstəkləmək üçün səs əmrləriniz (cihaz ID-ləri də daxil olmaqla cihazınız haqqında məlumat) bizə ötürüləcək və biz səs əmrlərinizi, səsin tanınması funksiyasını faəliyyəti üçün zəruri olan mətnə ​​çevirəcəyik. Bundan əlavə, Samsung səs əmrlərinizi və onlarla əlaqəli mətni toplamaqla biz, funksiyaları qiymətləndirə və təkmilləşdirə bilərik. Samsung şirkəti, siz pultda və ya ekranınızda aktivləşdirmə düyməsini sıxmaqla və ya işəsalma sözünü (məsələn, Salam, Bixby) söyləyərək və pultda mikrofona və ya Smart TV-yə danışaraq Smart TV-də konkret axtarışı icra etdiyiniz zaman səs əmrlərinizi toplayacaq.

Səsin tanınmasını işə salmasanız, səsin tanınması funksiyalarından istifadə edə bilməyəcəksiniz.

Siz istənilən vaxt Parametrlər menyusundan səsin tanınması məlumatlarının toplanması funksiyasını söndürə bilərsiniz. Bu zaman siz səsin tanınması funksiyalarından istifadə edə bilməyəcəksiniz.

Səsin tanınması haqqında ətraflı məlumat üçün bu Əlavənin sonundakı "Səsin tanınması üzrə Məxfilik Bildirişi"nə baxın.

Üçüncü tərəflər

Nəzərə alın ki, üçüncü tərəflər vasitəsilə təqdim olunan videoya baxdığınız və ya proqramlara və ya məzmuna daxil olduğunuz zaman həmin provayder Smart TV-niz (məsələn, onun IP ünvanı və cihaz identifikatorları), sorğu olunan əməliyyat (məsələn, video satın alma və ya kirayələmə), sizin təbiq və xidmətlərdn istifadə haqda məlumatlarınızı toplaya və ya əldə edə bilər. Samsung bu cür provayderlərin məxfilik və ya təhlükəsizlik təcrübələrinə görə məsuliyyət daşımır. Ehtiyatlı olun və istifadə etdiyiniz üçüncü tərəf vebsaytlarına və xidmətlərinə aid olan məxfilik bəyanatlarını oxuyun.

Funksiyaların ölkədən asılılığı

Nəzərə alın ki, bu Smart TV haqda Əlavədə təsvir olunan bəzi funksiyaların mövcudluğu yaşadığınız yerdən asılı olaraq dəyişə bilər. 

SƏSİN TANINMASI XİDMƏTİNİN MƏXFİLLİK BİLDİRİŞİ

Samsung Electronics və filiallarımız və onların filialları məxfiliklə bağlı narahatlıqlarınızı başa düşürlər. Bu Məxfilik Bildirişi səsin tanınması xidmətinin (bundan sonra "Səsin Tanınması Xidməti") bir hissəsi kimi topladığımız bütün şəxsi məlumatlara şamil edilir.

Səsin tanınması xidməti istifadəçilərə məzmunu axtarmaq və izləmək, Samsung məhsullarını yalnız öz səsləri ilə idarə etmək imkanı verir. Onun funksiyalarına təbii dildə axtarış və Samsung Smart TV, İnternet, hava xidmətləri və istifadəçilərin adətən Samsung Smart TV-də istifadə etdiyi digər xidmətlərə nəzarət daxildir. 

Bəzi dillər üçün təkmilləşdirilmiş səs tanıma funksiyası olan Bixby-dən istifadə edə bilərsiniz. Bixby aktivləşdirildikdə, siz Samsung Smart TV-nin ekranındakı nişanlar, bannerlər və ya digər işarələrdən xəbərdar ola bilərsiniz. Hazırki Məxfilik Bildirişi, Səs Xidməti ilə bağlı şəxsi məlumatlarınızdan istifadə haqda əlavə spesifik məlumatları ehtiva edir və  https://account.samsung.com/membership/policy/privacy ünvanındakı Səs Xidmətindən istifadəniz üçün də keçərli olan Samsung Məxfilik Siyasəti ilə birlikdə şərh edilməlidir.

Hazırki Məxfilik Bildirişi, Səs Xidmətinin təmin edilməsinin bir hissəsi kimi topladığımız məlumat növlərini, ondan necə istifadə etdiyimizi və bu məlumatdan istifadəmizlə bağlı seçimlərinizi təsvir edir. Samsung şəxsi məlumatların emalında məlumat nəzarətçisidir.

TOPLADIĞIMIZ MƏLUMAT

Səsin Tanınması Xidməti çərçivəsində biz sizin haqqınızda müxtəlif yollarla məlumat əldə edə bilərik. Əldə edə biləcəyimiz şəxsi məlumat növlərinə aşağıdakılar daxildir:

•        Samsung hesab məlumatı (istəyə görədir). Smart TV-də Samsung hesabınıza daxil olduğunuz zaman biz Samsung Hesab ID-niz kimi səsin tanınması üçün istifadə olunan Samsung hesabınızla əlaqəli məlumatları ala bilərik.

•         Səsin tanınması xidməti ilə qarşılıqlı əlaqə. Biz, Səs Xidməti ilə paylaşdığınız məlumatları, Xidmətlərlə qarşılıqlı əlaqəniz vasitəsilə, o cümlədən səs əmrlərinizin (məsələn, suallarınız, sorğularınız və göstərişləriniz), şəkillər, sensor toxunma ilə qarşılıqlı əlaqə və digər daxil edilən məlumatlar, eləcə də Xidmətlərdən aldığınız məlumatları (məsələn, suallar, cavablar və məzmun) toplaya bilərik.  Biz həmçinin Səs Xidmətindən istifadənizlə bağlı digər məlumatları da əldə edə bilərik. Buraya o cümlədən, bu məlumatlar da daxildir: istifadə etdiyiniz proqramlar, ziyarət etdiyiniz veb-saytlar və şəkillər, musiqi, təqvim qeydləri, əlfəcinlər, məzmun, Samsung  və üçüncü tərəf proqramları, veb-saytları və xidmətlərinin məzmun və məlumatları. Biz bu məlumatları, sizin həmin Xidmətlərdən istifadənizi təmin etmək üçün Səs Tanıma Xidmətindən faydalanan Samsung və üçüncü tərəf proqramları və xidmətlərindən əldə edirik (məsələn, musiqi yayım axını və ya hava proqnozu).

•         Coğrafi yerləşmə məlumatları. Sizə, məsələn,  Xidmətlərin təqdim edilməsi kimi konkret məqsədlər üçün IP ünvanınızdan və ya sorğularınızdan istifadə edərək geolokasiya və digər məkanla bağlı məlumatları qəbul edə bilərik.

•         Cihaz və proqram məlumatları. Cihaz modelləri, əməliyyat sistemi versiyaları, cihaz konfiqurasiyaları və parametrləri, IP ünvanları, cihaz identifikatorları və digər unikal identifikatorlar kimi Səs Tanıma  Xidmətini aktivləşdirən cihazlar haqqında məlumatları avtomatik toplaya bilərik. Bundan əlavə, biz Səs Tanıma Xidmətini aktivləşdirən cihazlardan necə, nə vaxt və nə qədər istifadə etdiyiniz, o cümlədən Səs Tanıma Xidmətindən və Samsung-dan, cihazlarda üçüncü tərəf proqram və xidmətlərindən istifadəniz (məsələn, cihazlardakı proqramların siyahısı, cihazlarda ifa olunan musiqi, ziyarət edilən veb-saytlar və axtarış sorğuları) haqqında məlumat ala bilərik.

SİZİN MƏLUMATINIZDAN NECƏ İSTİFADƏ EDİRİK?

Səsin Tanınması Xidməti vasitəsilə əldə etdiyimiz məlumatlardan aşağıdakı məqsədlər üçün istifadə edə bilərik:

• Sizə Səs Tanıma Xidməti vasitəsilə icra olunan sorğulara, suallara və təlimatlara cavablar kimi Xidmətləri təqdim etmək;

• Səs Tanıma Xidmətindən istifadə edə bilməniz üçün hesabınızın autentifikasiyası;

• Səs Tanıma Xidmətindən istifadənizi təkmilləşdirmək və fərdiləşdirmək. Məsələn, istifadəçilərimizə, onların  Səs Tanıma Xidməti ilə qarşılıqlı əlaqə tərzinə uyğun olan məzmun və cavabları çatdırmaq.

• (Ayrıca razılığınız mövcud olarsa) məhsul və xidmətlərimiz haqqında sizinlə əlaqə saxlamaq və sizə bildirişlər, məzmun, xəbərdarlıqlar, təkliflər, reklam və marketinq məlumatları təqdim etmək;

• Sorğularınıza cavab vermək;

• Fəaliyyətimizi həyata keçirmək, təhlil etmək və təkmilləşdirmək (o cümlədən, yeni məhsulların hazırlanması; məhsul və xidmətlərimizin keyfiyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi; kommunikasiyaların idarə edilməsi; məhsullarımızın təhlili; bazar araşdırmasının aparılması; məlumatların analitik emalı; mühasibat uçotu, audit və digər daxili funksiyaların yerinə yetirilməsi);

• Sizə, müəyyən üçüncü tərəf proqramları və xidmətləri ilə qarşılıqlı əlaqədə olmağa və onlardan istifadə etməyə icazə vermək;

• Dələduzluqdan və digər cinayət əməllərindən, iddialardan və digər öhdəliklərdən qorumaq və bu cür fəaliyyətləri aşkar edib qarşısını almaq;

• Bu Məxfilik Bildirişi və Samsung Hesabının Məxfilik Siyasəti də daxil olmaqla, bütün qüvvədə olan qanunlara, müvafiq sənaye standartlarına və siyasətlərimizə əməl və riayət etmək.

Səs Tanıma Xidmətindən istifadə etməklə, biz uzun müddət ərzində Səs Tanıma Xidməti dəstəkli cihazlarda, eləcə də üçüncü tərəf proqramları, veb-saytları və digər onlayn xidmətlər vasitəsilə İnternetdəki fəaliyyətləriniz haqqında şəxsi məlumatları toplaya bilərik. Biz Xidmətlərimizdə üçüncü tərəf analitik xidmətlərindən istifadə edə bilərik. Bu analitik xidmətləri idarə edən provayderlər bizə Xidmətlərdən istifadənizi təhlil etməkdə və Xidmətlərimizi təkmilləşdirməkdə kömək edir. Aldığımız məlumat bu provayderlər və məlumatdan istifadə edən digər müvafiq üçüncü tərəflər tərəfindən açıqlana və ya toplana bilər. Məsələn, Xidmətlərdən istifadəni qiymətləndirmək, Xidmətlərin təmin edilməsinə kömək etmək və texniki problemlərin diaqnostikası.

SİZİN SEÇİM İMKANLARINIZ

Siz istənilən vaxt Səsin Tanınması Xidmətini Parametrlər menyusundan söndürə bilərsiniz, lakin bu, ondan istifadəni qeyri-mümkün edəcək.

Haqqınızda topladığımız şəxsi məlumatlarla bağlı sizə müəyyən seçimlər də təklif edirik. Seçimlərinizi dəyişdirmək, bizdən aldığınız mesajları məhdudlaşdırmaq və ya sorğu göndərmək üçün Samsung Məxfilik Siyasətinin Əlaqə bölməsində göstərildiyi kimi bizimlə əlaqə saxlayın.

 

MƏXFİLLİK BİLDİRİŞLƏRİMİZDƏKİ YENİLƏNMƏLƏR

Bu Məxfilik Bildirişi, Xidmətlər çərçivəsində təqdim olunan şəxsi məlumatlarla iş metodlarındakı dəyişiklikləri və ya müvafiq qanunvericilikdəki dəyişiklikləri əks etdirmək üçün vaxtaşırı yenilənə bilər. Məxfilik Bildirişinə edilən hər hansı əhəmiyyətli dəyişiklik barədə sizə veb-saytımızda və/yaxud cihazınızda bildiriş yerləşdirəcəyik. Bu zaman bildirişin yuxarı hissəsində sonuncu yenilənmə tarixi qeyd olunacaq. 

MARAĞA ƏSASLANAN REKLAM XİDMƏTİNİN

MƏXFİLİK BİLDİRİŞİ

Qüvvəyə minmə tarixi: 30 aprel 2019-cu il

 

Samsung Electronics və filiallarımız, eləcə də onların filialları məxfiliklə bağlı narahatlıqlarınızı başa düşürlər. Bu Məxfilik Bildirişi Maraq Əsaslı Reklam Xidmətinin (bundan sonra "MƏR Xidməti") bir hissəsi kimi topladığımız bütün şəxsi məlumatlara şamil edilir.

Bu Məxfilik Bildirişi, şəxsi məlumatlarınızın MƏR Xidməti ilə bağlı istifadəsi haqda əlavə spesifik məlumatları ehtiva edir və  https://account.samsung.com/membership/policy/privacy. ünvanındakı MƏR Xidmətindən istifadə üçün də keçərli sayılan Samsung-un məxfilik siyasəti ilə birlikdə şərh edilməlidir.

Bu Məxfilik Bildirişində biz maraq əsaslı reklamlar çərçivəsində istifadə etdiyimiz məlumat növlərini, ondan necə istifadə etdiyimizi, bu məlumatdan istifadəmizlə bağlı seçimlərinizi və hüquqlarınızı təsvir edirik. Samsung şəxsi məlumatların emalında məlumat nəzarətçisidir.

MƏR XİDMƏTİ HAQQINDA ÜMUMİ MƏLUMAT

MƏR Xidmətinin məqsədi, Samsung Smart TV-nizdə və ya müxtəlif Samsung və ya üçüncü tərəf platformalarında və ya cihazlarında, o cümlədən televiziya reklamları, İnternetdə, mobil cihazlarda və planşetlərdə reklamlar da daxil olmaqla, Samsung və üçüncü tərəflər tərəfindən təklif olunan məhsul və xidmətlər haqqında faydalı, interaktiv və fərdiləşdirilmiş reklamları qəbul etmək və onlara baxmaq imkanı verməkdir. 

Cihazlarınızda nümayiş olunan reklamların maraqlarınıza uyğun olmasını təmin etmək üçün MƏR xidməti televizora baxma tarixçənizə (o cümlədən şəbəkələr, kanallar, ziyarət edilən vebsaytlar və Samsung Smart TV-nizdə baxılan proqramlar, həmçinin onlara baxmağa sərf olunan vaxt), Samsung Smart TV-dən istifadə məlumatları və etibarlı üçüncü tərəf mənbələrindən əldə edilən digər statistik məlumatlara əsaslanır.  Televiziyaya baxış tarixçənizi əldə etmək üçün Avtomatik Məzmun Tanınması (ACR) və digər  texnologiyalardan istifadə edə bilərik.

Yuxarıdakı məlumatlara əsasən, biz ümumi maraqları bölüşən Samsung Smart TV qrupları yaradırıq və bu qrupları MƏR Xidmətini təqdim edərkən tətbiq edirik. Yuxarıdakı məlumatlara əsasən, Samsung Smart TV-yə təyin edilmiş qruplar və müvafiq olaraq cihazlarınızın hansı reklamları qəbul edcəəyi müəyyənləşir.  

 

 PSID

MƏR Xidmətini təmin etmək məqsədilə toplanmış cihazınızdan istifadə məlumatı PSID adlı təsadüfi seçilmiş, qeyri-daimi və sıfırlana bilən cihaz identifikatoru ilə əlaqələndiriləcək. Siz bu Məxfilik Bildirişinin "Seçimləriniz" bölməsində göstərildiyi kimi PSID-ni sıfırlaya bilərsiniz.

TOPLADIĞIMIZ MƏLUMAT

MƏR Xidmətinin bir hissəsi olaraq biz sizin cihazlarınız haqqında müxtəlif yollarla məlumat alırıq. Aldığımız məlumat növləri:

• Cihaz məlumatı. Biz cihazınızın modeli, əməliyyat sistemi versiyaları, cihaz konfiqurasiyaları və parametrləri, IP ünvanı, cihaz ID-ləri və digər identifikatorlar kimi məlumatları toplayırıq.

• Cihazdan istifadə məlumatı və jurnal məlumatları. Biz cihazlarınızı necə, nə vaxt və nə qədər müddətə istifadə etdiyiniz barədə məlumatı, o cümlədən MƏR Xidməti və Samsung və həmin cihazlarda üçüncü tərəf proqramları və xidmətləri ilə qarşılıqlı əlaqəniz haqqında məlumat (məsələn, cihazlarınızdakı proqramların siyahısı) toplayırıq.

 

Baxış haqda məlumat. Biz sizin TV-yə baxış tarixçənizdən məlumatları toplayırıq. Televiziyaya baxış tarixçəsinə şəbəkələr, kanallar, ziyarət edilən veb-saytlar və Samsung Smart TV-də baxılan proqramlar, həmçinin onlara baxmağa sərf olunan vaxt daxildir. Bu TV baxış tarixçəsini əldə etmək üçün ACR və digər texnologiyalardan istifadə edə bilərik.

 

Statistik məlumatlar. Biz sizin və ya cihazınız haqqında ümumi yeriniz və təxmini yaş qrupunuz kimi statistik məlumatlardan istifadə edə bilərik. Biz bu statistikanı üçüncü tərəf xidmət təminatçılarımız kimi kommersiya baxımından əlçatan mənbələrdən (qanunla icazə verildiyi şəkildə) əldə edirik. Biz yalnız elə üçüncü tərəf xidmət təminatçıları ilə işləyirik ki, onlar bu məlumatın qüvvədə olan qanunlara uyğun olaraq əldə edildiyinə, istifadə və açıqlanması üçün qanuni formada bizə ötürüldüyünə zəmanət verirlər.

Samsung serverləri MƏR Xidməti ilə qarşılıqlı əlaqəniz zamanı, məsələn, MƏR Xidməti ilə qarşılıqlı əlaqəniz, coğrafi yerləşdiyiniz yer və MƏR Xidmətini almaq üçün istifadə etdiyiniz cihazlar haqqında məlumat alır.

BİZ SİZİN MƏLUMATINIZDAN NECƏ İSTİFADƏ EDİRİK?

MƏR Xidmətinin bir hissəsi kimi aldığımız məlumatdan aşağıdakılar üçün istifadə edirik:

• Sizi MƏR Xidməti ilə təmin etmək;

•MƏR Xidmətinin keyfiyyətinin və fərdiləşdirilməsinin təkmilləşdirilməsi;

• (Ayrıca razılığınız əsasında) sizinlə e-poçt vasitəsilə əlaqə saxlamaq və ehtiyaclarınıza və maraqlarınıza uyğunlaşdırılmış Samsung və üçüncü tərəf məhsulları və xidmətləri haqqında məlumatlar göndərmək;

• Sorğularınıza cavab vermək;

• Fəaliyyətimizi həyata keçirmək, təhlil etmək və təkmilləşdirmək (o cümlədən, yeni məhsulların hazırlanması; məhsul və xidmətlərimizin keyfiyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi; kommunikasiyaların idarə edilməsi; məhsullarımızın təhlili; bazar araşdırmasının aparılması; məlumatların analitik emalı; mühasibat uçotu, audit və digər daxili funksiyaların yerinə yetirilməsi);

• Dələduzluqdan və digər cinayət əməllərindən, iddialardan və digər öhdəliklərdən qorumaq və bu cür fəaliyyətləri aşkar edib qarşısını almaq;

• Bu Məxfilik Bildirişi və Samsung Hesabının Məxfilik Siyasəti də daxil olmaqla, bütün qüvvədə olan qanunlara, müvafiq sənaye standartlarına və siyasətlərimizə əməl və riayət etmək.

SİZİN SEÇİM İMKANLARINIZ

Siz istənilən vaxt parametrlər menyusundan PSID-i sıfırlaya bilərsiniz; bu halda, TV-yə baxış tarixçəsi və Smart TV-dən istifadə datasının əvvəlki PSID ilə əlaqəsi kəsiləcək. Nəzərə alın ki, PSID-nin sıfırlanması MƏR Xidmətinin keyfiyyətinə təsir edə bilər.

Bundan əlavə, siz istənilən vaxt Samsung Smart TV-nin Parametrlər menyusundan MƏR Xidmətini söndürə bilərsiniz.

Nəzərə alın ki, MƏR Xidməti üçün məxfilik parametrlərinin seçimi TV-yə baxış tarixçəsi və ya Samsung Smart TV-dən istifadə məlumatı ilə əlaqəli olmayan digər növ reklam və marketinq təkliflərinin alınmasına təsir etməyəcək. Bu digər növ reklam və marketinq təklifləri ümumi məkanınız və ya digər təxmin edilən və ya məntiqlə ehtimal olunan məlumat kimi başqa məlumatlara əsaslanacaq. Bu cür reklamlar maraqlarınıza əsaslanmadığından daha az relevant ola bilər.

MƏXFİLİK BİLDİRİŞLƏRİMİZDƏKİ YENİLƏNMƏLƏR

Bu Məxfilik Bildirişi, MƏR Xidmətlər çərçivəsində təqdim olunan şəxsi məlumatlarla iş metodlarındakı dəyişiklikləri və ya müvafiq qanunvericilikdəki dəyişiklikləri əks etdirmək üçün vaxtaşırı yenilənə bilər. Məxfilik Bildirişinə edilən hər hansı əhəmiyyətli dəyişiklik barədə sizə veb-saytımızda və/yaxud cihazınızda bildiriş yerləşdirəcəyik. Bu zaman bildirişin yuxarı hissəsində sonuncu yenilənmə tarixi qeyd olunacaq. 

Samsung çap və nüsxə məhsulları indi HP məhsul xəttinin tərkib hissəsidir. HP Məxfilik Bəyannaməsinə bu keçiddə baxın: http://www.hp.com/go/privacy.

 

 

FƏRDİ MƏLUMATLAR HAQQINDA RAZILAŞMA

("Razılaşma")

Tarix:

Hazırkı ilə mən MMC "Samsung Electronics Rus Company", 123242, Rusiya Federasiyası, Moskva, Novinsky Bulvarı, 31, otaq 1, 2. ("Samsung") tərəfindən mənim fərdi məlumatlarımın bu Razılaşmaya uyğun olaraq toplanması, işlənməsi, saxlanması və istifadə olunmasına razılıq verirəm.

Bu Razılaşmaya əsasən toplanılacaq, işlənəcək, saxlanılacaq və istifadə olunacaq fərdi məlumatlara (“Fərdi Məlumat”) aşağıdakılardan hamısı və ya bir neçəsi daxil ola bilər:

·        Tam adım

·        Elektron poçt ünvanım

·        Mobil telefonun nömrəsi

Bu Fərdi Məlumatların Samsung tərəfindən toplanması, işlənməsi, saxlanması, ötürülməsi və istifadəsi [Samsung Məxfilik Siyasətinin] müddəalarına uyğun olaraq həyata keçiriləcək.

Mən xəbərdaram ki, Fərdi Məlumatlar Şirkət tərəfindən müvafiq informasiya sistemində müəyyən olunmuş saxlanma müddəti başa çatdıqdan və ya mənim ölümündən sonra Azərbaycan Respublikasının qanunvericiliklə müəyyən olunmuş qaydada məhv ediləcək və ya arxivləşdiriləcək.

Əlavə olaraq mən Samsung-un öz mülahizəsinə əsasən seçdiyi hər hansı bir ölkəyə şəxsi məlumatlarımın transsərhəd ötürülməsinə razılığımı bildirirəm. Mən təsdiq edirəm ki, şəxsi  məlumatlarım ötürülə bildiyi bəzi ölkələrdə şəxsi məlumatların təmin olunduğu qorunma səviyyəsi Azərbaycan Respublikasında olduğundan daha az ola bilər və belə ölkələrə şəxsi məlumatlarımın ötürülməsinə açıq şəkildə razılığımı bildirirəm.

Bu razılıq məktubu yuxarıda göstərilən tarixdə verilib və mənim tərəfimdən Samsung-a yazılı bildiriş verilməklə geri çağırılana qədər etibarlı olacaqdır.

Bu razılıqla əhatə olunmayan məsələlər "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının 11 may 2010-ci il tarixli, 998-IIIQ saylı Qanununu daxil olmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.