Samsung paltaryuyan maşınında LE1, LC1 xətaları

Son yeniləmə tarixi : 09-02-2024

Nə baş verib

Paltaryuyan maşının displeyində “LE1” və ya “LC1” xətası haqda mesaj yazılıb.

Samsung paltaryuyan maşınında LE1, LC1 xətaları

Xəta niyə yaranıb

Sızma sensoru paltaryuyan maşının alt qabında su və ya köpük aşkarladı:

  • suyun boşaldılması filtri sızır (kip bağlanmayıb və ya zədələnib);
  • yuyucu toz konteynerindən su axır;
  • daxili birləşdirici şlanqlar və ya suyun boşaldılması şlanqı sızır;
  • qapıdan su sızır (manjet zədələnib);
  • kənar mənbədən (kanalizasiya, su kəməri və s.) maşının üzərinə su tökülüb;
  • həddindən artıq çox yuyucu toz tökmüsünüz;
  • avtomat sistemli maşın üçün uyğun olmayan yuyucu toz qoyublar.

Sonra nə etmək lazımdır

Paltaryuyan maşına baxış keçirin və barabanda olan köpüyün miqdarını qiymətləndirin.

Barabanda çoxlu köpük var və ya o kənara çıxır

Aşağıdakı məqalədən olan tövsiyələrdən istifadə edin.

Köpük azdır və ya yoxdur, o, kənara çıxmır

Paltaryuyan maşın baxış tələb edir, bunun üçün ən yaxın səlahiyyətli xidmət mərkəzinə müraciət edin.


Şərhiniz üçün təşəkkür edirik!