Samsung soyuducusunda dondurucu kamera soyumursa, nə etməli

Son yeniləmə tarixi : 19-06-2024

Əgər bütün soyuducunuz pis sərinlənirsə, "Samsung Soyuducusu soyutmur" məqaləsini oxuyun.

Nə baş verir

Dondurucu kamera ərzaqları sərinlətmir.

Dondurucu kamerada soyuq yoxdur

Səbəb

  • Soyuducu sönüb
  • Yeni soyuducunun birinci dəfə qoşulması və ya donunun tam açılmasından sonra işə düşməsi
  • İşığın müvəqqəti kəsilməsi.
  • Smart Conversion texnologiyalı soyuducu.
  • Soyuq havanın dondurucu kameraya daxil olduğu dəliklərdə çirklənmə və ya buz.
  • Soyuducu onun iqlim sinfinə müvafiq olmayan məkanda quraşdırılıb.

Nə etməli

1 Soyuducunun qapısını açarkən işığın yanıb-yanmadığını yoxlayın.

Əgər soyuducu kamerada işıq yoxdursa, bu, aşağıdakı səbəblərdən ola bilər:

  • soyuducu elektrik yuvasına qoşulmayıb.
  • "İşə salma" düyməsi "sönülü" vəziyyətdədir (bütün soyuducu modellərində yoxdur, olmasını istifadəçi bələdçisində dəqiqləşdirmək olar, onu Təlimatlar & yükləmələr bölməsində yükləmək olar);
  •  bölməsində yükləmək olar);
  • evdə işıq yoxdur və ya o, qeyri-stabildir;
  • enerji kabeli və ya elektrik yuvası zədələnib.

Əgər soyuducu yanılıdırsa və elektrik şəbəkəsi ilə hər şey qaydasındadırsa - soyuducunun işinin diaqnostikası üçün səlahiyyətli servis mərkəzinə müraciət edin.

2 Yeni soyuducu birinci dəfə işə düşəndə 6-8 saata temperatur yığır.
Əgər siz donun tam açılmasını həyata keçirməsəniz, soyuducuya sərinləmək üçün də vaxt lazım olacaq.
3 Əgər evinizdə uzun müddət elektrik kəsilsə, soyuducu səhv qoşula bilər.
Soyuducunu 10 dəqiqəliyinə elektrik yuvasından ayırın, onu söndürüb-yandırın. Sonra onu birbaşa elektrik yuvasına (uzadıcı olmadan) qoşun, lazımi temperaturu təyin edin (standarta görə +3°C və - 19°C). Birinci dondurucu bölmə sərinləməyə başlayacaq.
  • Əgər söndürüb-yandırdıqdan 5-6 saat sonra dondurucu bölmədə lazımi temperatur təyin edildisə — soyuducu normal işləyir.
  • Əgər söndürüb-yandırmaq kömək etmədisə və dondurucu kamera sərinləmədisə — soyuducunun diaqnostikası üçün səlahiyyətli servis mərkəzinə müraciət edin.
4 Smart Conversion texnologiyalı bəzi soyuducu modellərində RT, BRB və RF müxtəlif iş rejimlərini quraşdırmaq olar. Bu funksiyanın olub-olmamasını soyuducunun bələdçisində yoxlayın. Bələdçini Təlimatlar & yükləmələr bölməsində yükləmək olar.
Smart Conversation texnologiyası

Ola bilsin, sizdə dondurucu kameranın yanılı olduğu və ya soyuducu bölmə kimi işlədiyi rejim var. Lazımi rejimi necə qoşacağınızı soyuducunuzun istifadəçi bələdçisində oxuya bilərsiniz. 

5 Bütün yeşikləri çıxarın və dondurucu kameranın arxa divarında soyuq havanın daxil olduğu dəliklərə baxış keçirin. Əgər havaçəkənlər çirklənibsə və ya buzla tıxanıbsa, soyuducunun donunu tam açın və dondurucu kameranı yuyun.
6 Soyuducunu onun iqlim sinfinə müvafiq olan məkanda quraşdırmaq lazımdır. Əgər soyuducu yolverilən diapazondan yuxarı və ya aşağı temperturlu məkanda quraşdırılıbsa, soyucudu səhv işləyə bilər. Standart işçi diapazon: +10°C -dən +43°C-yə qədər. Modeliniz üçün işçi diapazonu istifadəçi bələdçinizdə dəqiqləşdirmək.

Əgər siz bütün əvvəlki tövsiyələri yerinə yetirdiniz, amma dondurucu kamera yenə də ərzaqları sərinlətmirsə, soyuducunun diaqnostikası üçün səlahiyyətli servis mərkəzinə müraciət etməyi tövsiyə edirik.


Şərhiniz üçün təşəkkür edirik!