Samsung Galaxy-nin əsas ekranına tətbiqi necə əlavə etməli
Siz ən sevdiyiniz tətbiqlərinizi və vidcetlərinizi əsas ekrana əlavə edə bilərsiniz. Bu, sizin telefonunuzu daha yaxşı təşkil olunmuş və naviqasiya üçün daha rahat vəziyyətə gətirəcək. Tətbiqləri Samsung Galaxy-nin əsas ekranında necə əlavə edilməli və yerləşdirilməli olduğu barədə aşağıda oxuya bilərsiniz.
Samsung Galaxy-də əsas ekran və bütün tətbiqlərin əks etdirildiyi ekran (menyu) var. Bütün tətbiqlərin əks etdirildiyi ekran, barmaqlarınızı smartfonun ekranının aşağısından yuxarısına doğru çəkdiyiniz zaman açılır.
Telefona quraşdırdığınız bütün yeni tətbiqlər bu menyuya düşür. Hər hansı bir tətbiqi əsas ekrana keçirmək istədiyiniz zaman aşağıdakı təlimat sizə bu işdə kömək edəcək.
Qeyd:
Növbəti hərəkətləri həyata keçirməzdən öncə, cihazınızın proqram təminatının (PT) və müvafiq tətbiqlərin son versiyaya qədər yenilənib-yenilənmədiyini yoxlayın: Tənzimləmələr > PT yeniləmələri > Endirmə və quraşdırma menyusuna daxil olun > Ekranda çıxan göstərişlərə riayət edin.
Tətbiqi əsas ekrana necə əlavə etmək olar
Əsas ekranda tətbiqin yerini necə dəyişmək olar
Əsas ekranda necə qovluq yaratmaq olar
İş masanızda çoxlu
- sayda tətbiqlər varsa,
- eyni tipli (məsələn, müxtəlif sosial şəbəkələr) tətbiqlər varsa,
- siz mahiyyətcə bir-biri ilə əlaqəli olan bir neçə tətbiqi (məsələn, iş üçün tətbiqləri)
müvafiq qovluqlara birləşdirib qruplara bölə bilərsiniz.
Tətbiqi əsas ekrandan necə silmək olar
Qeyd:
Tətbiqlər ekranında hər hansı bir tətbiqi gizlətdiyiniz halda, onu əsas ekrana keçirmək mümkün olmayacaq.
Tətbiqləri gizlətmək və üzə çıxarmaq üçün tənzimləmələrdən istifadə edə bilərsiniz: Tənzimləmələr → Əsas ekran → Tətbiqləri gizlət.
Əsas ekranda ikonları necə təsbit etmək olar
Tətbiq işarələri və ya vidjetlərin yerinin dəyişməməsi üçün Əsas ekranın görünüşü bloklaşdırıla bilər. Bu, onların təsadüfən silinməsinin və sadəcə yerinin dəyişməsinin qarşısını alacaq.
Qeyd:
Skrinşotlar və cihazın menyusu, cihazın modelindən və proqram təminatının versiyasından asılı olaraq, dəyişə bilər.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.