Samsung Galaxy-də tətbiq dayanırsa və donursa, nə etməli
Tətbiqin dayanması, donması, sizi əsas ekrana qaytarması halı müxtəlif səbəblərə görə baş verə bilər.
Adətən, bu, zəif internetdən, cihazda boş yerin çatışmamasından (daxili yaddaş həddindən artıq doludursa) və ya cihazın işindəki xətalar səbəbindən baş verir.
Tətbiq dayanaraq işləyərsə, nə etməli olduğunuz haqqında aşağıda danışacağıq.
Yeniləmə varsa, Tənzimləmələrdə mikroproqramı və Galaxy Store-də sistem tətbiqlərini yeniləyin.
Tətbiqin dayanması internet əlaqəsi zəif və ya qeyri-stabil olduqda baş verə bilər.
Əgər siz Wi-Fi-a qoşulmusunuzsa, bir neçə dəqiqəliyinə mobil cihazı və Wi-Fi cihazını söndürməyi yoxlayın.
Bu üsul sizin cihazınızda saxlanan, tətbiqin lazımsız məlumatlarını silir.
Məlumatları silsəniz, tətbiq birinci dəfə işə düşdüyü kimi olacaq. Məlumatlarla birgə tətbiqin işinə mane olan xətalar da silinir.
Tətbiqin səhv quraşdırılması Android tətbiqlərinin də dayanmasına gətirib şıxara bilər.
Əgər tətbiq dayanırsa, onu cihazınızdan silməyi və bir neçə dəqiqədən sonra təzədən quraşdırmağı yoxlayın.
- "Parametrlər" > "Proqramlar" açın.
- Proqramlar > "Quraşdırmanı ləğv et" (Sil) seçin.
- "Google Play Store" açın və tətbiqi yenidən quraşdırın.
Təhlükəsiz rejimdə bütün yüklənmiş tətbiqlər işləmir. Əgər təhlükəsiz rejimdə tətbiqin dayanması aradan qalxsa, son quraşdırılmış və ya son yenilənmiş tətbiqləri silin. Çox güman ki, xəta proqramlardan biri ilə ziddiyyət səbəbindən baş verib.
Bütün yeni tətbiqləri bil dəfəyə silməmək üçün onları bir-bir silməyə və adi rejimdə cihazın işini yoxlamağa cəhd edin.
Siz daha vacib tətbiqlərin sərbəst işləməsi üçün cihazın yaddaşında yer boşaltmaqdan ötrü nadir istifadə olunan faylları və tətbiqləri silə bilərsiniz.
Silmədən öncə hansı tətbiqlərin ən çox donduğuna baxın.
- Android 14, 13, 12, 11-də:
"Parametrlər" > "Proqramlar" > "Filtrləyin və sıralayın" açın > "Çeşidləmə" kateqoriyaları — "Ölçü".
- Android 10, 9-da:
"Parametrlər" > "Proqramlar" > "Seçimlər" (yuxarıdan aşağıya üç nöqtə) > "Ölçüyə görə çeşidləməni" açın.
Zavod parametrlərinə qədər sıfırlama — bütün məlumatların və tənzimləmələrin cihazınızdan silinəcəyi ən son üsuldur.
Biz sıfırlamadan əvvəl bütün vacib məlumatlarınızın ehtiyat sürətini yaratmağı israrla tövsiyə edirik.
Aşağıdakı linki açaraq Tənzimləmələri sıfırlamaq və məlumatların ehtiyat sürətini yaratmaq haqqında daha ətraflı öyrənə bilərsiniz.
Əgər tətbiqlər dayanırsa və donursa, nə etməli — işarə dili ilə video.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.