Galaxy Buds3 Pro-da qulaqcıq yastıqlarını necə dəyişməli
Son yeniləmə tarixi : 13-08-2024
Galaxy Buds3 Pro dəstinə üç cüt yastıq qoyulur: kiçik, orta və böyük ölçüdə.
Galaxy Buds3 Pro-da yastıqları necə dəyişəcəyinizi aşağıda oxuyun.
Qulaqcığın yastıqlarını dəyişməzdən əvvəl seçdiyiniz cütün qulaqlarınıza uyğun gəldiyindən və qulaqcıqları düzgün qoyduğunuzdan əmin olun.
Vacibdir:
- Qulaqcıqların yastıqlarını dəyişən zaman səliqəli olun və onları dırnaqlarınızla tutmayın, bu, yastıqların zədələnməsinə gətirib çıxara bilər.
- Yastıqları fırlatmayın və onlara güc tətbiq etməyin.
- Yastıqları çıxararkən onları sürətlə dartmayın, bu, onların cırılmağına səbəb ola bilər.
- Əgər taxan zaman yastıq qulaqcığın xarici tərəfindəki boşluqda ilişib qalıbsa, onu çıxarın və təkrar cəhd edin.
- Qulaqcıqları yastıq olmadan istifadə etməyin - qulaqlarınız travma ala bilər. Əgər qulaqcıqlardan istifadə zamanı qulaqlarınızda ağrı və ya dəri qıcıqlanması hiss edirsinizsə, dərhal istifadəni dayandırın və həkimə müraciət edin.
1
Qulaqcığa bitişik yastığı götürün və çölə çıxarmaq üçün onu digər əlinizlə səliqə ilə dartın.
2
Yastığı ayırmaq üçün onu bütövlükdə götürüb dartın.
Ehtiyatlı olun və ona dırnağınızı vurmayın, çünki bu, yastıqların zədələnməsinə gətirib çıxara bilər.
Ehtiyatlı olun və ona dırnağınızı vurmayın, çünki bu, yastıqların zədələnməsinə gətirib çıxara bilər.
3
Sizə uyğun yastığı seçin və qulaqcığın çıxıntılı hissəsini yastığın girintili dinamik tərəfi ilə uyğunlaşdırın. Şıqqıltı səsi gələnə qədər yüngülcə basın.
4
Hər iki yastığı taxdıqdan sonra qulaqcıqlardan istifadə etmək olar.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.