Samsung Galaxy-də virtual SIM kartı (eSIM) necə tənzimləmək olar

Son yeniləmə tarixi : 05-04-2024

Virtual SIM kart (eSIM) smartfona quraşdırılmış moduldur. Bu modula operator, telefon nömrəsi və tarif haqqında verilənləri qeyd etmək olar. Onun köməyi ilə, adi qaydada, sadəcə plastik SIM kart olmadan, zəng etmək, ismarış göndərmək və internetdən istifadə etmək olar. Mobil şəbəkənin bütün tənzimləmələri rəqəmsal şəkildə cihazın özündə yaddaşda saxlanır.

Diqqət edin:

  • НBütün Samsung Galaxy smartfonları və bütün mobil rabitə operatorları eSIM-i dəstəkləmir.
  • Sizin cihazınızın modelində bu funksiyanın olub- olmadığını istifadəçi təlimatlarında dəqiqləşdirin
  • Sizin telefonunuzda eSIM-dən istifadənin mümkün olub- olmadığını operatordan dəqiqləşdirin.
настроить esim samsung

Telefona eSIM-i necə əlavə etmək olar

Smartfona eSIM əlavə etmək üçün, əvvəlcə, mobil rabitə operatorunuza müraciət edin. Mövcud plastik kartı əvəz etmək və ya yeni telefon nömrəsi əlavə etmək istəyirsinizsə, operator virtual SIM kartın aktivləşdirilməsi üçün verilənlər təqdim edəcək.

Daha sonra aşağıdakı addımları yerinə yetirin:

Tənzimləmələri açın Tənzimləmələri açın

1-ci addım Tənzimləmələri açın və Qoşulmalar bölməsinə keçin.

2-ci addım SIM kart dispetçeri bölməsini seçin.

eSIM əlavə eSIM əlavə

3-cü addım eSIM əlavə et düyməsinə basın.

QR kodu QR kodu

4-cü addım QR kodu skan et bəndini açın.

Kameranın köməyi Kameranın köməyi

5-ci addım Kameranın köməyi ilə mobil rabitə operatorunun təqdim etdiyi QR kodu skan edin.

QR kodun əks olunduğu şəkil Qalereya da yaddaşda saxlanıbsa, işarənin üzərinə basın Галерея və lazım olan faylı seçin.

Operator QR kod əvəzinə aktivləşdirmə kodu təqdim etdiyi halda, Aktivləşdirmə kodunu daxil et düyməsinə basın və onu daxil edin.

Daha sonra ekrandakı təlimatlara riayət edin. Aktivləşdirmə zamanı cihazın EID kodu tələb oluna bilər. EID kodu əldə etmək üçün aşağıdakı bölmələrə keçin: TənzimləmələrTelefon haqqında məlumatVəziyyətEID.

Diqqət edin:

Cihazınızın tənzimləmələrində SIM kart dispetçeri bölməsi yoxdursa, deməli cihazda yalnız bir fiziki SIM kart istifadə oluna bilər. Belə bir cihazda eSIM-in istifadəsi dəstəklənmir.

eSIM-dən necə istifadə etməli

eSIM bir fiziki SIM kartla eyni zamanda, ya da fiziki SIM kart olmadan istifadə oluna bilər.

Telefona 2-dən 10-a qədər virtual SIM kart əlavə etmək olar (cihazın modelindən asılı olaraq).

Eyni zamanda bir neçə eSIM-in istifadəsi mümkün deyil, yalnız bir virtual SIM kart aktiv ola bilər. Zərurət yarandıqda, siz əlavə edilmiş bir eSIM-dən digərinə keçə bilərsiniz.

Bir eSIM-dən digərinə keçmək üçün: TənzimləmələrQoşulmalarSIM kart dispetçeri. Müvafiq anda aktivləşdirmək istədiyiniz virtual kartı seçin.

eSIM-i necə silmək olar

  1. Aşağıdakı menyunu açın: TənzimləmələrQoşulmalarSIM kart dispetçerieSIM.
  2. Sil düyməsinə basın..

Telefona eSIM əlavə etmək mümkün deyilsə, nə etmək lazımdır

İlk növbədə, əmin olun ki, telefonunuz eSIM-i dəstəkləyir.

eSIM modulu cihaza aparat səviyyəsində quraşdırılmış xüsusi çipdir. Modelinizdə bu funksiya nəzərdə tutulmayıbsa, siz onu tətbiq və ya aksessuar vasitəsilə əlavə edə bilməyəcəksiniz.

Siz telefonunuzun virtual SIM kartı dəstəklədiyindən əminsiniz, lakin onu əlavə edə bilmirsinizsə, aşağıdakı tövsiyələri yerinə yetirin:

1 Mobil operatorla əlaqə saxlayın.

Adətən, QR kodun və ya aktivləşdirmə kodunun müddəti keçdiyi halda problemlər yarana bilər. Belə olan halda, operatordan eSIM-in əlavə edilməsi üçün yeni verilənlər istəyin və təkrar cəhd göstərin.

2 Başqa eSIM əlavə etməyə cəhd göstərin.

Başqa virtual SIM kart əlavə edərkən heç bir çətinlik yaranmırsa, deməli telefon normal işləyir, problemin səbəbi isə, şəbəkədədir.

Belə olan halda, mobil operatorla əlaqə saxlayın və problemə nəyin səbəb ola biləcəyini dəqiqləşdirin.

3 Şəbəkə parametrlərini sıfırlayın.

Telefon əlavə edilmiş bütün şəbəkə qoşulmalarının tənzimləmələrini yaddaşdan siləcək, bununla da onların fəaliyyəti ilə bağlı xətaları istisna edəcək (Wi-Fi və Bluetooth da daxil olmaqla). Sıfırlamadan sonra Wi-Fi və Bluetooth qurğularına təkrar qoşulmaq lazım olacaq.

Ümumi tənzimləmələr bölməsinə Ümumi tənzimləmələr bölməsinə

1-ci addım Telefon tənzimləmələrini açın. Ümumi tənzimləmələr bölməsinə keçin.

Sıfırlama bölməsini Sıfırlama bölməsini

2-ci addım Sıfırlama bölməsini açın.

Şəbəkə parametrlərinin sıfırlanması Şəbəkə parametrlərinin sıfırlanması

3-cü addım Şəbəkə parametrlərinin sıfırlanması bəndinə basın.

Tənzimləmələrin sıfırlanması düyməsinə Tənzimləmələrin sıfırlanması düyməsinə

4-cü addım Tənzimləmələrin sıfırlanması düyməsinə basın. PIN kodu, şifrəni və ya qrafik açarı daxil edin.

4 Smartfon verilənlərini sıfırlayın.

Verilənlərin sıfırlanması cihazda yarana biləcək və telefonu sadəcə söndürüb-işə saldıqdan sonra aradan qalxmayan bütün proqram xətalarını aradan qaldırmağa kömək edəcək. 

Qeyd:

Sıfırlamadan öncə mütləq əhəmiyyətli verilənləri yaddaşda saxlayın. Sıfırlamadan sonra onları bərpa etmək mümkün olmayacaq!

Tövsiyələrdən heç biri sizə kömək etmirsə, böyük ehtimalla, smartfonunuz nasazdır. Samsung Galaxy smartfonunuzun təmirə ehtiyacı olduğundan dəqiqliklə əmin olmaq üçün, ən yaxın servis mərkəzinə müraciət etməyinizi tövsiyə edirik. 


Şərhiniz üçün təşəkkür edirik!