Samsung Galaxy-də üzən bildirişləri necə kökləməli

Son yeniləmə tarixi : 13-09-2024

Messencerə ismarış gəldikdə, telefonun yuxarı panelində tətbiq işarəsi çıxır. «Pərdəni» gizlətsəniz, ismarışın mətnini görə və hətta sadə hərəkətlər edə: oxunmuş kimi işarələyə, kiçik cavab yaza və ya sadəcə bildirişi kənara sürüşdürə biləcəksiniz.

Videoya baxarkən və ya oyun oynayarkən, bildirişlər paneli adətən görünmür. Əhəmiyyətli ismarışı diqqətdən yayındırmamaq üçün, smartfonun ekranında bildirişlərin əks etdirilməsini tənzimləyin — Üzən bildirişlər.

Üzən bildiriş növləri

Çıxan bildirişlər

Yalnız çox pəncərəli rejimdə iş rejimini dəstəkləyən tətbiqlər üçün.

Ekranda tətbiq işarəsi çıxır. Onun üzərinə basdıqda, dialoqun aparıldığı kiçik üzən pəncərə açılır.

«Çıxan bildiriş» bildirişinin animasiyası «Çıxan bildiriş» bildirişinin animasiyası

Haşiyə

Haşiyə funksiyanın dəstəklənib-dəstəklənmədiyini tətbiqin tənzimləmələrində dəqiqləşdirmək lazımdır.

Ekranda dialoq işarəsi çıxır. Onun üzərinə basdıqda, kiçik pəncərə açılır və həmin pəncərədə bir neçə dialoq arasında seçim etmək olur. Bütün dialoqların və ya seçmə söhbətlərin əks etdirilməsi üçün tənzimləmək olar.

«Haşiyə» bildirişinin animasiyası «Haşiyə» bildirişinin animasiyası

Üzən bildirişləri necə aktiv və ya deaktiv etməli

Tənzimləmələr > Bildirişlər bölməsini açın Tənzimləmələr > Bildirişlər bölməsini açın

1-ci addım. Tənzimləmələri açın və Bildirişlər bölməsinə keçin.

Əlavə tənzimləmələr bölməsinə keçin Əlavə tənzimləmələr bölməsinə keçin

2-ci addım. Əlavə tənzimləmələr bölməsinə keçin.

Üzən bildirişləri açın Üzən bildirişləri açın

3-ci addım. Üzən bildirişləri açın.

Üzən bildirişlərin növünü seçin Üzən bildirişlərin növünü seçin

4-ci addım. İstifadə etmək istədiyiniz üzən bildiriş növlərini seçin.

  • Çıxan bildirişlər — siz dərhal ismarış alındıqda işarəsi ekranda çıxacaq tətbiqləri tənzimləyə bilərsiniz. Bunun üçün Aktiv edilmiş tətbiqlər bölməsinə keçin və lazım olan tətbiqləri seçin.
  • Haşiyə — bildirişlər haşiyə funksiyasını dəstəkləyən tətbiqlər üçün əks etdiriləcək. Dialoqların əks etdirilməsinin tənzimlənməsi üçün tətbiqin tənzimləmələrinə keçin. 

1-ci addım. Tənzimləmələri seçin və Tətbiqlər bölməsinə keçin. Siyahıda lazım olan tətbiqi seçin və bildirişlərin tənzimlənməsi üçün onun üzərinə basın.

2-ci addım. "Bildirişlər"ə keçid edin.

3-ci addım. Bildiriş kateqoriyalarını açın.

4-ci addım. Haşiyə şəklində göstər bölməsini açın.

Əksetdirmə parametrləri:

  • Yoxdur — bu tətbiq üçün ismarışlar haşiyə şəklində əks etdirilməyəcək.
  • Hamısı — ismarış göndərən bütün şəxslərdən gələn ismarışlar haşiyə şəklində əks etdiriləcək.
  • Yalnız seçilənlər — haşiyələr yalnız «Söhbətlər» siyahısına əlavə edilmiş seçilmiş dialoqlar üçün əks etdiriləcək. . 

Dialoqu «Söhbətlər» bölməsinə necə əlavə etməli

Dialoqu Söhbətlər bölməsinə əlavə etmək üçün üzən bildirişləri Haşiyə şəklində tənzimləyin və tətbiqin tənzimləmələrində Yalnız seçilmişlər tənzimləməsini seçin.

Sizə lazım olan dialoqa ismarış daxil olduğu zaman:

  1. barmağınızı ekranın yuxarısından aşağıya doğru çəkərək, bildirişlər «pərdəsini» açın,
  2. ismarışı açmaq üçün onun sağ tərəfindəki oxun üzərinə basın,
  3. işarənin üzərinə basınзначок Беседы (стрелочка в квадрате) (kvadratın içində ox) ki, həmin dialoq Söhbət şəklini alsın.

Müəyyən söhbət üçün haşiyə bildirişləri necə deaktiv etməli və ya geri qaytarmalı

Tənzimləmələr > Tətbiqlər > (lazım olan tətbiq) > Bildirişlər > Bildiriş kateqoriyaları menyusuna keçin və yaradılmış söhbətlərin siyahısına baxın.

  • Müəyyən şəxsdən haşiyə bildiriş almamaq üçün Haşiyə şəklində göstər bölməsinə keçin, Yalnız seçilənlər bölməsini qeyd edin və lazım olmayan söhbətin qarşısında "-" işarəsinə basın.
  • Müəyyən şəxs üçün haşiyə bildirişləri aktiv etmək üçün lazım olan söhbətin üzərinə basın və Bu söhbət üçün haşiyələrdən istifadə et düyməsini sürüşdürün.

Bildiriş işarəsinin yerini necə dəyişməli

Üzən bildiriş işarəsini başqa yerə keçirmək üçün:

  1. bildiriş işarəsinin üzərinə basıb saxlayın,
  2. onu ekranda rahat yerə keçirin.

Çıxan bildiriş işarəsini ekrandakı istənilən yerə qoymaq olar. Haşiyəni yalnız ekranın sağ və ya sol çərçivəsinin yanına qoymaq olar.

Ekrandan bildirişi necə yığışdırmalı

Üzən bildiriş işarəsini ekrandan silmək, lakin funksiyanın özünü deaktiv etməmək üçün:

  1. bildiriş işarəsinin üzərinə basıb saxlayın,
  2. onu aşağıdakı "X" işarəsinin üstünə çəkin.

Sizə yeni ismarış gəldikdə, bildiriş işarəsi təkrar çıxacaq.

Şərhiniz üçün təşəkkür edirik!