Uşaq rejimi seçimindən necə istifadə etməli

Son yeniləmə tarixi : 11-09-2024

Uşaq rejimi (Kids Home) seçimi özündə uşaqlar üçün əyləndirici və təhlükəsiz, oyun formasında öyrədici məzmunu ehtiva edir.

Siz oyun vaxtını məhdudlaşdıra və limitli giriş təyin edə, habelə cihazdan istifadə ilə bağlı hesabatlar alaraq uşağınızın məşğuliyyətinə nəzarət edə bilərsiniz.

Cihazınızın istifadəçi bələdçisinə baxaraq smartfonunuzda "Uşaq rejimi" funksiyasının olub-olmadığını dəqiqləşdirin.

Uşaq rejimi seçimi bildirişlər panelində yerləşir və onun tənzimlənməsi heç də çətin deyil. 

1 Bildirişlər panelini açmaq üçün ekranı aşağı, sonra sola sürüşdürün.
2 Uşaq rejimini quraşdırmaq üçün onun işarəsinə basın. Sonra quraşdırmanı başlamaq üçün "Başla" düyməsini sıxın.
3 "Növbəti" ni seçin və PİN-kodu yazın.
Uşaq rejimi üçün PİN-kod tənzimlənməsi valideyn nəzarətini yaratmağa, istifadə haqqında hesabatları yoxlamağa və ən əsası, uşağın Kids Home tətbiqindən çıxmasının qarşısını almağa kömək edir. 
4 Tənzimləmə başa çatdıqdan sonra Uşaq rejiminin iş masası açılacaq.
5 İlk istifadədə siz iş masasında hər tətbiqi yükləməli olacaqsınız.

Uşaq rejimini tənzimləyərkən onun əsas funksiyaları ilə tanış olun.

  • Mənim telefonum: Uşaqlar əvvəlcədən valideynlər tərəfindən təsdiq olunmuş əlaqə nömrələri siyahısından istifadə edərək zəng vura bilərlər.
  • Mənim kameram: Təyin olunmuş stikerlərlə şəkil çəkmək üçün uşaq kamerası
  • Mənim qalereyam: Uşaq rejimində və ya valideynlərin icazəsi ilə yaradılmış təsvir və şəkil saxlancı.
  • Mənim brauzerim: Valideynlərin icazə verdiyi veb-saytlara baxış.

Uşaq rejimində yaradıcı məzmun genişdir: rəngləmələr, stiker yaratmaq üçün alətlər, səsi dəyişmək üçün proqramlar, oyunlar və videolar. Hətta yaradıcı və məntiqi təfəkkürü inkişaf etdirən, ilkin proqramlaşdırma vərdişləri qazandıran oyun da var.

Burada siz tənzimləmələrə daxil ola, profillər yarada, oyun üçün gündəlik vaxt qoya, habelə tətbiqlərdən istifadə barədə məlumatlara baxa bilərsiniz. 

Valideyn nəzarətinin əsas funksiyaları:

  • Oyun üçün gündəlik limitin tənzimlənməsi: həftəiçi və istirahət günlərində oyun üçün icazə verdiyiniz vaxtı tənzimləyin.
  • Gündəlik istifadə: tarixlər üzrə qruplaşdırılmış gündəlik istifadə barədə hesabatlara baxın.
  • Məşğələlər: uşağın istifadə etdiyi tətbiqlər haqqında məlumatlara baxın.
  • İcazə verilmiş məzmun: icazə verdiyiniz məzmun siyahısını müəyyənləşdirin.
  • Uşaqlar üçün Galaxy Store mağazası: ancaq "Valideyn nəzarəti" bölməsini açdıqdan və PİN-kodu daxil etdikdən sonra daxil olmaq mümkündür..
1 "Uşaq rejimi"ni işə salın.
2 İş masasında "Tənzimləmələr" işarəsinə basın.
3 "Valideyn nəzarəti"ni seçin.
4 PİN-kodunuzu daxil edin.

Diqqət: Siz altıya qədər uşaq profili yarada bilərsiniz.

1 Sağ yuxarı küncdə üç nöqtənin üzərinə basın, "Valideyn nəzarəti"ni seçin, PİN-kodu daxil edin.
2 "Menyu" bəndini seçin, (+) işarəsinə basın.
3 Uşaq rejimində işlətməyə icazə vermək istədiyiniz tətbiqləri qeyd edin, "Əlavə etmək" düyməsini sıxın.

Əgər PİN-kodu unutmusunuzsa və Uşaq rejimindən çıxa bilmirsinizsə, aşağıdakı addımları icra edin:

1 Cihazın yan panelindəki enerji düyməsinə basaraq "Söndürülmüş cihazlar" seçimi görünənə qədər saxlayın.
2 Təhlükəsiz rejim seçimi görünənə qədər ekranda söndürmə işarəsinə basıb saxlayın.
3 "Təhlükəsiz rejim"ə daxil olmaq üçün seçim edin.
4 Cihazı söndürüb yandırdıqdan sonra "Tənzimləmələrə" keçin.
5 Sorğu üzrə "Uşaq rejimi" axtarışını yerinə yetirin, bundan sonra axtarış nəticəsində Uşaq rejimini seçin.
6 "Silmək" düyməsini seçin, sonra isə "OK" basaraq hərəkəti təsdiqləyin.
7 Enerji düyməsinə bir də basın, bundan sonra cihazı söndürüb-yandırmaq və Təhlükəsiz rejimdən çıxmaq üçün "Söndürüb-yandırma" seçimini edin.
8 Cihazınız artıq Uşaq rejimində deyil.

Diqqət yetirin:

Əməliyyatı başa çatdırdıqdan sonra Uşaq rejiminin bütün məlumatları, profilləri və tənzimləmələri silinəcək.

Tətbiqi yenidən quraşdırmaq və tənzimləmək lazım gələcək.

J-seriyalı bəzi smartfonlarda təhlükəsiz rejimə keçmək uşaq rejimini söndürməyə kömək etmir.

Aşağıdakı təlimatları yerinə yetirin:

  • 5 dəfə səhv PİN-kod daxil edin.
  • Müvəqqəti parolu daxil etmək üçün sahəsi olan kilid ekran açılacaq.
  • kidshome.pin@samsung.com elektron poçt ünvanına istənilən məzmunda məktub yazın.
  • Cavab məktubundə sizə müvəqqəti parol göndəriləcək. Onu kilid ekranındakı sahəyə daxil edin.
  • Yeni PİN-kod təyin edin və onu təsdiqləyin.

Şərhiniz üçün təşəkkür edirik!