Samsung televizorlarında peyk kanallarını necə tapmaq və tənzimləmək olar

Son yeniləmə tarixi : 07-06-2024

Samsung televizoruna peyk antenasını necə qoşmaq olar?

Əvvəlcə peyk antenasını televizora qoşun Peyk antenası iki yolla qoşulur:

  • Televizorda Satellite yuvası varsa, antena birbaşa televizora qoşulur. Televizor antenadan siqnalı özü qəbul edəcək və görüntünü ekrana çıxaracaq.
Satellite yuvası
  • Televizorda Satellite yuvası yoxdursa, antena peyk qəbuledicisi vasitəsilə qoşulur. Həmin cihaz siqnalı antenadan qəbul edəcək və görüntünü ekrana çıxaracaq.
Qəbuledici

Qəbuledici video maqnitofona bənzəyir.

Antenanı qoşduqdan sonra kanalları tapın. Kanalların axtarışı üsulları televizor və antenaların qoşulma metoduna görə dəyişir.

Antena Satellite yuvasına qoşulubsa, kanalları necə tapmaq olar?

  • Operatorun siyahıdan seçilməsi ilə kanalların axtarışı
    2019-2015-ci illərdə istehsal olunmuş Samsung televizorlarında işləyir (T, R, N, M, Q, LS, K, J seriyaları).
    Ən sadə yol. Televizor sabit kanallar siyahısı alacaq, ardıcılığı tənzimləmək və ya lazımsız kanalları silmək mümkün olmayacaq.

  • Kanalların avtomatik axtarışı
    2019-2012-ci illərdə istehsal olunmuş Samsung televizorlarında işləyir (T, R, N, M, Q, LS, K, J, H, F, E, D seriyaları).
    Bu proses vaxt tələb edin, televizor bütün əlçatan kanalları tapacaq. Ardıcılığı tənzimləmək və ya lazımsız kanalların silmək mümkün olmayacaq.

  • Manual axtarış 
    2020-2012-ci illərdə istehsal olunmuş Samsung televizorlarında işləyir (T, R, N, M, Q, LS, K, J, H, F, E, D seriyaları).
    Bu proses çox vaxt aparır, hər bir transponderin parametrlərini bilmək lazımdır. Yalnız lazımi kanalları tapmağa və onların ardıcılığını tənzimləməyə imkan verir.

  1. Peyk antenasını Satellite yuvasına qoşduqdan sonra televizoru işə salın və  menyu bölməsinə daxil olun.

  2. "Yayım" bölməsinə daxil olun və "Avtomatik tənzimləmə" bəndini seçin.

  3. Start düyməsinə vurun.

  4. Antenada bəndində operatorun adını seçin.

  5. Kanalların axtarışı üçün "Skan etmək" vurun.

  6. Kanal axtarışı tamamlananadək gözləyin.

  7. Hazırdır. "Bağlamaq" düyməsinə vurun və menyudan çıxın.

  1. Peyk antenasını Satellite yuvasına qoşduqdan sonra televizoru işə salın və  menyu bölməsinə daxil olun.

  2. "Yayım" bölməsinə daxil olun və "Avtomatik tənzimləmə" bəndini seçin.

  3. Start düyməsinə vurun.

  4. Antena bölməsində Peyk antenası bölməsini seçin.

  5. Tənzimləmək üçün lazımi parametrləri təyin edin:
    •  Tapmaq istədiyiniz kanalların növünü seçin: radio kanallar, televiziya kanalları və ya hamısı.
    •  Siyahıdan lazımi peyki seçin Peykin adını peyk operatorunda dəqiqləşdirin. Lazımi peyk siyahıda yoxdursa, kanalları manual rejimdə axtarın.
    • LNB tənzimləmələri bəndində bütün məlumatları daxil edin. Dəyərləri peyk operatorunda dəqiqləşdirin;

  6. Məlumatları daxil etdikdən sonra siqnalın keyfiyyətini yoxlayın.
    • Siqnalın keyfiyyəti 100-80 arasındadırsa, "Bağlamaq" düyməsinə vurun.
    • Siqnalın keyfiyyəti 80-dən aşağıdırsa, Ton - 22KHz söndürməyi cəhd edin. Bu kömək etmirsə, quraşdırmanı və antenanın qoşulma qaydasını yoxlayın. Siqnal keyfiyyətinin aşağı olması, antenanın zəif siqnal təmin etməsi ilə bağlıdır. Televizor kanalları tapa bilməyəcək və ya onları qüsurlu göstərəcək.

  7. Kanalların axtarışı üçün "Skan etmək" vurun.

  8. Kanal axtarışı tamamlananadək gözləyin.

  9. Hazırdır. "Bağlamaq" düyməsinə vurun və menyudan çıxın.
     

Televizor müəyyən kanalları tapmırsa, kanalları manual qaydada axtarmağa cəhd edin.

  1. Peyk antenasını Satellite yuvasına qoşduqdan sonra televizoru işə salın və  menyu bölməsinə daxil olun.

  2. Yayım bölməsinə daxil olun və Əlavə tənzimləmələr maddəsini seçin. Bu maddə yoxdursa, "Kanalın tənzimlənməsi" bəndini seçin.

  3. "Peyk Sistemi" maddəsini seçin. Bu maddəyə daxil olmaq üçün PIN kodu daxil edin. Standart kod 0000-dır.

  4. "Peykin seçilməsi" açın, User Sat (hər hansı) seçin. Digərləri ✓, işarəsi varsa onu ləğv edin. "Yadda saxla" düyməsinə vurun.

  5. LNB POWER maddəsi deaktivdirsə onu aktivləşdirin.

  6. "LNB Tənzimləmələri" maddəsini seçin.

  7. Tənzimləmə üçün məlumatları daxil edin:
    • Transponderin parametrlərini təyin edin.
    • İstifadə edilmədikdə DiSeqC rejiminin söndürüldüyündən əmin olun.
    • Yuxarı LNB və Aşağı LNB müəyyən edin.
    • LNB növündən asılı olaraq Tonu 22 KHz-ə təyin edin. Universal LNB üçün Avto seçin.
    Bütün məlumatları peyk operatorunda dəqiqləşdirin.

  8. Məlumatları daxil etdikdən sonra siqnalın keyfiyyətini yoxlayın.
    • Siqnalın keyfiyyəti 100-80 arasındadırsa, "Bağlamaq" düyməsinə vurun.
    • Siqnalın keyfiyyəti 80-dən aşağıdırsa, Ton - 22KHz söndürməyi cəhd edin. Bu kömək etmirsə, quraşdırmanı və antenanın qoşulma qaydasını yoxlayın. Siqnal keyfiyyətinin aşağı olması, antenanın zəif siqnal təmin etməsi ilə bağlıdır. Televizor kanalları tapa bilməyəcək və ya onları qüsurlu göstərəcək.

  9. Əlavə tənzimləmələr maddəsinə qayıdın ("Geriyə" düyməsi vasitəsilə) və Tənzimləmələr maddəsini əl ilə (manual qaydada). Əlavə tənzimləmələr maddəsi yoxdursa, Kanalın tənzimlənməsi seçin. 

  10. Transponder → Yaratmaq seçin.

  11. Tənzimləmə üçün məlumatları daxil edin və "Yadda saxla" düyməsini vurun. Məlumatları peyk operatorunda dəqiqləşdirin.

  12. Bir transponderdə kanal tapmaq lazımdırsa, "Şəbəkə Axtarışı" maddəsində "Deaktivləşdirmək" seçin. Bütün kanalları tapmaq ehtiyacı yarandıqda - Aktivləşdirmək seçin.

  13. "Axtarış" düyməsinə vurun.

  14. Kanal axtarışı tamamlananadək gözləyin.

  15. Hazırdır. "OK" düyməsinə vurun və menyudan çıxın.

Antena peyk qəbuledicisinə qoşulubsa, kanalları necə tapmaq olar?

Kanalların axtarışından əvvəl televizoru peyk qəbuledicisinə (HDMI, RCA və ya digər kabel vasitəsilə) qoşun. 

Daha sonra qəbuledicini tənzimləyin. Bunun necə edilməsi haqqında öyrənmək üçün, istismar təlimatlarına baxın və ya peyk operatoruna müraciət edin.

Şifrələnmiş kanalları izləmək mümkün deyil. Nə etməli?

Şifrələnmiş kanalları izləmək üçün CAM modulunu televizora qoşun. CAM modulunu peyk operatoru və ya elektronika mağazalarından əldə edin.

Efir (adi antena vasitəsilə) və ya kabel televiziyasını necə tənzimləmək olar?

Peyk televiziyasının quraşdırılması efir və ya kabel televiziyasının quraşdırılmasından fərqlənir. Aşağıda təqdim olunan ayrıca məqalədən istifadə edin.

Şərhiniz üçün təşəkkür edirik!